Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2019
13:45
288
Bakıda aptekdən oğurluq edən şəxs müşahidə kamerasına düşdü

DİN Bakıda aptekdən oğurluq edilməsi ilə bağlı rəsmi məlumat yayıb.

FaktXebercom-a daxil olan məlumatda bildirilib ki, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən apteklərdən birindən oğurluq edilib. Naməlum şəxs obyektə daxil olaraq aptekdə olan seyfləri qıraraq oradan külli miqdarda pul talayıb. Hadisə ilə bağlı Nərimanov Rayon Polis idarəsi və 16-cı Polis Bölməsinə məlumat daxil olan kimi dərhal yaradılan əməliyyat-istintaq qrupu tərəfindən obyektə baxış keçirilib. İdarə və Bölmə əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Biləsuvar rayon sakinləri Əli İsmayılov, Amil Məmmədli və Siyəzən rayon sakini Çingiz Xankişiyev saxlanılıblar.

Araşdırma zamanı müəyəən olunub ki, dəstə üzvlərindən ikisi - Ə.İsmayılov və Ç.Xankişiyev müxtəlif vaxtlarda həmin aptekdə əczaçı işləyiblər və seyfin yeri barədə əvvəlcədən məlumatlı olublar. Həmin şəxslər iş yerlərini dəyişəndən sonra aptekdən oğurluq etmək üçün xüsusi plan hazırlayıblar. Bu məqsədlə Ə.İsmayılov Ç.Xankişiyevi həmyerlisi A.Məmmədli ilə tanış edib. Əldə olunan razılığa əsasən hadisə günü A.Məmmədli aptekə obyektin dam hissəsini kəsərək əvvəlcə anbara, daha sonra isə seyfin saxlanıldığı otağa daxil olub. Burada o, özü ilə gətirdiyi kəsici alətlərlə seyfləri qıraraq içindəki pulları ələ keçirib. Qeyd edək ki, A.Məmmədlinin aptekə daxil olma anı obyektin müşahidə kameraları vasitəsilə lentə alınıb.

Hadisədən sonra A.Məmmədli özü ilə gətirdiyi kəsici alətləri aptekdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Daha sonra dəstə üzvləri Ç.Xankişiyevin yaşadığı mənzildə görüşərək pulu aralarında bölüblər.

Dəstə üzvlərinin yaşadıqları evə baxış zamanı oğurlanan pulların bir hissəsi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Məqalədə : oğurluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
107

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
88

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1538

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
412
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 22:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru