Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2019
09:49
936
Əli İnsanova zəng çatmır...

Sabiq səhiyyə naziri Əli İnsanovun prezident fərmanı ilə həbsdən azad olunmasından bir ay keçib. Əli İnsanov azadlığa çıxanda Milli Şuranın və bəzi digər müxalif təşkilatların onunla bağlı ciddi ümidlərinin yarandığı müşahidə edilirdi.

Hətta onu öz tərəflərinə çəkmək üçün çabalar da başlanmışdı. Lakin aradan keçən bir ayda onların Əli İnsanova ümidləri reallaşmadı. Məlumata görə, əksər hallarda onun telefonu bağlı olur, zəng çatmır. Telefonu açıq olan vaxtlarda isə sabiq səhiyyə nazirinin həmin müxalifətçilərin zənglərinə cavab vermədiyi deyilir.

FaktXəbər-in məlumatına görə, ekspert Məhəmməd Əsədullazadə bu barədə “Yeni Müsavat”a şərhində bildirib ki, Əli İnsanov həbsdə olanda Milli Şura onu fenomen sayırdı və onun timsalında iqtidara yeni cəbhə açmaq istəyirdi. 

İnsanov obrazında mübarizə simvolu mifi yaratmışdılar. Məqsəd İnsanovu öz tərəflərinə çəkməkdən ibarət idi. 

Məhz İnsanov Milli Şuranın bu siyasətindən xəbərdar idi və özünün Milli Şuraya xərclənməsinə getməyəcəkdi. Belə də oldu: 

“Həbsdən çıxdıqdan sonra da onun verdiyi müsahibədə dolayısı ilə bəyan etmişdi ki, müxalifət partiyalarına qoşulması gözlənilmir. Bu, o demək idi ki, o, Milli Şurada olmayacaq. Ümumiyyətlə, Əli İnsanovun aktiv siyasətə qayıdacağı şübhəli idi. Bəzi müxalif dairələrin gözləntisi puça çıxdı. Sabiq nazir bəzi müxalifətçilərin ümidlərini heçə çıxardı və bəzilərini umsuq etdi.

İnsanov yaxşı bilir ki, aktiv siyasətə qayıtmaq, qayıdacağı halda Milli Şura kimi qurumlarda olmaq onun növbəti səhvi olar. Hətta bu cür qurumlarla əməkdaşlıq etmək də onun səhvi olar".

Əli İnsanovun müxalifət partiyaları ilə yox, ayrıca olaraq siyasi fəaliyyətə üstünlük verəcəyini sübut edən daha bir məlumat dünən yayılıb.

Bundan başqa, Ə.İnsanovun fəal xarici yazışmalar həyata keçirdiyi, onun həbsindən sonra çıxışlar edərək, azadlığa çıxması üçün hakimiyyətə çağırışlar edən xarici siyasətçilərlə, beynəlxalq təşkilatlarla və dünyanın tanınmış elm xadimləri ilə təmaslar qurduğu da məlum olub.

Məqalədə : Əli İnsanov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
158

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
187

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
108

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
83

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
82

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
199

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
234
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 17:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru