Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2019
08:54
897
ÇL: `Tottenhem` və `Liverpul` yarımfinalda - VİDEO

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində son cavab oyunları keçirilib.

FaktXəbər-in məlumatına görə, "Mançester Siti" klubu doğma meydanda "Tottenhem"i qəbul edib.

Qarşılıqlı hücumlarla keçən oyun ev sahibinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: R.Sterlinq (4-cü və 21-ci dəqiqələr), Son Xın-Min (7-ci və 10-cu dəqiqələr), B.Silva (11-ci dəqiqə), S.Aquero (59-cu dəqiqə), F.Lyorente (73-cü dəqiqə).

Səfərdə daha çox qol vuran komanda kimi "Tottenhem" növbəti mərhələyə yüksəlib. (İlk oyun: "Totenhem" 1:0 "Mançester Siti")

Yarımfinalda "Totenhem" "Ayaks" ilə qarşılacaq.

Digər oyunda "Liverpul" "Portu"nun qonağı olub. Qonaqlar ilk oyunda olduğu kimi yenidən inamlı qələbə qazanıblar - 1:4. Qollar: S.Mane (26-cı dəqiqə), M.Salah (65-ci dəqiqə), E.Militao (69-cu dəqiqə), R.Firmino (77-ci dəqiqə), V.Van Deyk (84-cü dəqiqə).

Hər iki oyunun nəticəsinə görə 6:1 hesabı ilə qələbə qazanan "Liverpul" yarımfinala yüksəlib. (İlk oyun: "Liverpul" 2:0 "Portu")

Yarımfinalda "Liverpul" "Barselona" ilə qarşılaşacaq.

Məqalədə : Liverpul 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
204

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
107

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
138

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
170

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
123
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 19:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru