Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2019
18:17
383
Milli Şuranın mitinq keçirməsinə icazə verilmədi

Milli Şuranın mitinq istəyinə icazə verilməyib. Bu barədə FaktXəbər-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Mətbuat Şurasının üzvlərindən ibarət mitinq təşkilatçıları aprelin 20-də “Məhsul” stadionunda aksiya keçirmək istədikləri məqsədə uyğun hesab edilmədiyindən razılıq verilməyib.

Cavabda o da qeyd edilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra bəzi toplantı iştirakçıları tərəfindən ictimai təhlükəsizlik əleyhinə bir sıra əməllər törədilməsi şəhər sakinlərinin ciddi narazılığına səbəb olub. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə şikayət ərizələri daxil olub. 

Eyni zamanda, mitinq iştirakçılarının polisin qanuni tələblərinə qarşı tabesizlik göstərmələri ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən də Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciətlərin ünvanlanması nəzərə alınaraq mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib.

Məqalədə : Milli Şura 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Yeniçağ"ın müxbiri 10 sutkalıq həbs edildi

27

May
16:34
HÜQUQ,HADİSƏ
58

Bakı-Tver-Bakı avtobus marşrutu açıldı

27

May
16:22
NƏQLİYYAT
559
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 17:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru