Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2019
15:32
309
Azərbaycanda iranlı gənclərin dostluq həftəsi başlayır

Bu gündən Azərbaycanda İran İslam Respublikasından olan gənclərin dostluq həftəsi başlanır. Dostluq həftəsi proqramı 22 aprelədək davam edəcək. Bu barədə FaktXəbər-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Proqrama əsasən, bu heyətin Bakı, Quba və Naxçıvanda Azərbaycanın Gənclər və İdman Nazirliyinin rəsmiləri ilə görüşləri olacaq.

İranlı gənclər Heydər Əliyev Mərkəzi, İçəri Şəhər, Qız Qalası, Azərbaycan Xalça Muzeyi ilə yaxından tanış olacaq, Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili kursu üzrə təhsil alan tələbələrlə görüşəcəklər.

Dostluq həftəsi çərçivəsində iranlı heyət Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Təşkilatının Milli Şurasında görüşlər keçirəcək.

İranlı gənclər Naxçıvan Muxtar Respublikasına səfərdə Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin rəsmiləri, Naxçıvan Dövlət Universitetində tələbələrlə görüş keçirəcək, Əshabi-Kəhf ziyarətgahı ilə tanış olacaqlar.

Quba rayonuna səfər çərçivəsində iranlı gənclər Quba Gənclər Mərkəzi, Quba Soyqırım Kompleksi ilə tanış olacaqlar.

Məqalədə : İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
640

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1179
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 07:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru