Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2019
12:03
507
Azərbaycan Gürcüstanda turizm mərkəzi açır

Azərbaycan Turizm Bürosunun (ATB) Gürcüstanda informasiya mərkəzi açılacaq.

Mərkəz paytaxt Tbilisinin mərkəzi Rustaveli prospektində fəaliyyət göstərəcək.

Hazırda mərkəzin yerləşəcəyi məkanda daxili interyerin təmiri aparılır. Məkanın fasadında Azərbaycanın turizm loqosu və “Fərqli baxışlarla yenidən bax” (“Take another look”) sloqanının əks olunduğu lövhə yerləşdirilib. Lövhədə həmçinin Azərbaycana səyahət edən turistlər üçün lazım olan məlumatların cəmləndiyi saytın (Azerbaijan.travel) ünvanı və Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi də qeyd olunub.

Mərkəzin açılma tarixi hələ məlum olmasa da, onun builki yay turizm mövsümünə qədər istifadəyə veriləcəyi ehtimal olunur.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə açıqlamasında bildirib ki, ATB-nin Tbilisidəki informasiya mərkəzində Azərbaycanın Gürcüstandakı tərəfdaş turizm şirkətlərinin nümayəndələri fəaliyyət göstərəcək: “Mərkəzdə Gürcüstan vətəndaşları və ölkəyə səfər edən əcnəbi ziyarətçilər Azərbaycanın turizm potensialı barədə məlumatlandırılacaqlar”.

Qeyd edək ki, ATB Dövlət Turizm Agentliyinin nəzdində fəaliyyət göstərir. Büronun əsas məqsədi tərəfdaşlarla əməkdaşlıq edərək Azərbaycanın turizm sənayesinin rəqabətliliyini artırmaq və inkişafına dəstək verməkdir. (report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
532

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
386

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
408

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
447

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
478

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
453

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1050

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
847
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 02:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru