Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2019
14:27
828
Cavad Zərif Bəşər Əsədlə görüşdü - FOTO

İranın XİN rəhbəri paytaxt Dəməşqdə suriyalı həmkarı Vəlid Müəllim və prezident Bəşər Əsədlə görüşüb. FaktXəbər bildirir ki, bu barədə "FarsNews" məlumat yayıb.

Görüş zamanı tərəflər Suriyada birgə fəaliyyət koordinasiyası, digər regional və beynəlxalq problemləri müzakirə ediblər.

12:38 - İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 16-da Suriyaya səfər edəcək. FaktXəbər bildirir ki, bu barədə "Təsnim" agentliyi məlumat yayıb.

Səfər zamanı Cavad Zərif suriyalı həmkarı Vəlid Müəllim və prezident Bəşər Əsədlə görüşlər keçirəcək.

İranın XİN rəhbəri Dəməşqdən sonra iki günlük işgüzar səfərlə Türkiyənin paytaxtı Ankaraya yollanacaq.
 
Qeyd edək ki, İran və Türkiyə Rusiya ilə birgə Suriyada silahlı münaqişənin nizamlanmasına zəmanətdir. Bu günə qədər "Astana danışıqları" adı ilə sülh danışıqlarının bir neçə mərhələsi baş tutub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Cavad Zərif 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 06:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru