Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2019
12:04
340
Sudan Hərbi Şurası mövqeyini açıqladı: Səudiyyəni dəstəkləyirik

Sudanda Ömər əl-Bəşiri devirərək hakimiyyətə gələn Hərbi Keçid Şurası Yəməndə Səudiyyə Ərəbistanı və BƏƏ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrini dəstəkləməyə davam edəcəklərini açıqlayıb. FaktXəbər bildirir ki, bu barədə şuranın sədr müavini, ordu generalı Məhəmməd Hamdan Daklu məlumat verib.
 
Hərbi Keçid Şurasının bəyanatında deyilir ki, Sudan ordusuna bağlı qüvvələr Yəməndə qalacaqlar.

"Koalisiyaya bağlılığımızı qoruyuruq və hədəfə çatana qədər qüvvələrimiz Yəməndə qalmaqda davam edəcək",-deyə general Məhəmməd Hamdan Daklu bildirib.
 
Qeyd edək ki, Yəməndə qanuni hökumət sayılan "Ənsarullah" hərəkatına qarşı döyüşən və dinc əhalini qətliam edən Səudiyyə Ərəbistanı və BƏƏ-nin rəhbərlik etdiyi koalisiya nəzdində təxminən 14 min sudanlı hərbçi var.
 
Məlumat üçün bildirək ki, hazırda Hərbi Keçid Şurasının sədri olan Əndülfəttah əl-Burhan Sudan qoşunlarının Yəmənə yerləşdirilməsini təşkil edib.

Məqalədə : Sudan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
107

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
88

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1538

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
412
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 22:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru