Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2019
11:22
612
Azərbaycanda illik inflyasiya 2,1% olub

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,5%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,6% bahalaşıb.

Dövlət Statistika Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, bu ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3%, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb.

Ay ərzində un, çörək, makaron məmulatları, qoyun əti, kolbasa məmulatları, təzə balıq, pasterizə olunmamış üzlü süd, yoqurt, kəsmik, zeytun yağı, limon, naringin, portağal, banan, alma, armud, heyva, nar, kivi, kələm, göyərti, xiyar, pomidor, balqabaq, bibər, çuğundur, kartof, soğan, sarımsaq, energetik içkilərin qiymətlərində bahalaşma, mal və toyuq əti, sterilizə olunmuş üzlü süd, xama, süfrə marqarini, qarğıdalı yağı, yumurta, qoz, fındıq, şabalıd, badımcan, yerkökü, quru noxud və lobya, mərci, şəkər tozu, duzun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından parçalar, xalça və digər döşəmə örtükləri, mebel və ev əşyaları, velosipedlər, televizorlar, dəftərxana ləvazimatları, sement, kərpic, nitro və yağlı boyaların qiymətlərində bahalaşma, kəsilmiş taxta, sulu boya, kondisionerlər, mobil telefonlar və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mart ayında fevral ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, məişət cihazlarının təmiri, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, istirahət turlarının qiymətləri bahalaşıb, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Məqalədə : inflyasiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
132

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
71

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
101

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
141

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
176

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
166

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
719

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
534
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 17:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru