Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2019
11:17
141
Bakıdakı Qran-prinin qalibi `Ferrari`ni təriflədi

"Ferrari"nin maşınları birbaşa yolda sürətlidir. Bakıda şansları olacaqmı? Buna şübhə edirəm".

Bunu 2016-cı ildə Bakıda təşkil olunan ilk "Formula 1" yarışının qalibi olan "Mercedes"in sabiq pilotu Niko Rosberq şəxsi bloqunda yazıb.

Karyerasını başa vuran almaniyalı sürücünün fikrincə, Bakı trasında döngələrin çox olması "Ferrari"nin vaxt itirməsi ilə nəticələnəcək: "Onların hansı trasda üstün olacaqlarını bilmirəm. Hazırda vəziyyəti belədir - "Mercedes" pilotları bütün Qran-prilərdi onları qabaqlayacaqlar. Hətta Barselonada da".

Qeyd edək ki, yeni mövsümün ilk üçn mərhələsində "Mercedes" pilotları qalib olublar. Lüis Hemilton Çin və Şanxayda, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. 3 mərhələdən sonra Bottas 44 xalla 1-ci, Hemilton 43 xalla 2-ci, "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappen 27 xalla 3-cüdür.

Azərbaycan Qran-prisi 26-28 apreldə keçiriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Formula 1 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 06:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru