Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2019
10:17
322
Bu gün Şamaxı və İsmayıllıda zəlzələ olub - RƏSMİ

“Şamaxı, İsmayıllı və Ağsu zonasında afterşoklar hələ də davam edir. Zəlzələ ocağının tam sönməsi hələ ki, mümkün deyil. Hazırda orada 0,5, 0,7, 1,2 bal gücündə zəlzələlər qeydə alınır. Bu gün də Pirqulu stansiyası yaxınlığında bir neçə yeraltı təkanlar qeydə alınıb”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasınəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, həmin zonada fevralın 5-dən bu günə qədər 1000-dən çox afterşoklar qeydə alınıb: “Amma zona üçün heç bir təhlükə gözlənilmir. Hazırda Azərbaycanda zəif təkanlar müşahidə olunur. Onların çoxu hiss olunmayanlardır. Amma aprelin 14-ü gecə saatlarında Lənkəranda baş verən zəlzələ 3 bala kimi hiss olunub. Bu cür təkanlar heç bir dağıntı əmələ gətirən deyil. Sadəcə olaraq, ölkə Prezidentinin humanistliyindən istifadə edənlər arasında tövləsində çatlar əmələ gələnlər də bunun zəlzələ nəticəsində baş verdiyini iddia edir. Bu, artıq bir dəbə düşüb. Axı 3 bala kimi hiss olunan zəlzələ heç bir çat əmələ gətirə bilməz. Buna baxmayaraq Lerikdə kənd sakini evinin uçduğunu iddia edib”.

Q.Yetirmişlinin sözlərinə görə, Azərbaycanda gün ərzində 5-7 təkanlar baş verir: “Ölkə ərazisində il ərzində 4000-ə qədər zəlzələ olur. Bunların içərisində hiss olunanı da, olunmayanı da və dağıdıcı olanları da var”.(report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

17 yaşlı oğlanda 18 sm quyruq aşkarlanıb - FOTO

21

May
14:23
AİLƏ, SAĞLAMLIQ
65

Motosiklet oğrusu tutuldu - FOTO

21

May
14:16
HÜQUQ,HADİSƏ
71

Sabahın hava proqnozu açıqlanıb

21

May
13:44
ÖLKƏ
49

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
64

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
766

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
73

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
42
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 14:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru