Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2019
10:06
250
Sudanda aksiyaların simvolu olan qadın kimdir? - VİDEO

Sudanda prezident Ömər əl-Bəşirin devrilməsi ilə nəticələnən mitinqlərin simvoluna çevrilən Alaa Salah və sudanlı qadınlar apardıqları mübarizə ilə dünya gündəminə daxil olub. FaktXəbər bildirir ki, mühəndis fakültəsində oxuyan 22 yaşlı tələbə Alaa Salah mitinqlər zamanı arabanın üzərinə çıxaraq nümayişçilərə etdiyi müraciətlə məşhurlaşıb.
 
Sudanlı tələbənin şəklini yerli fotoqraf Lana Haroun lent alıb. O, Sudanın ənənəvi paltarı olan "toub" və parıltılı ağ parça geyinərək narazı kütləyə yuxarıdan səslənir və onların etiraz ruhunu qaldırır. Salah etirazçıların müşayiəti ilə mahnı oxuması da sosial şəbəkədə geniş yayılıb. Salah, "Din adına bizi öldürdülər" deyir və kütlə isə, "İnqilab",-deyə cavab verir.

Qeyd edək ki, erkən evlilik, ailə içi şiddət, cinsi təcavüz və zorakılıq sudanlı qadınların davamlı olaraq qarşılaşdığı haldır. Bu səbəbdən Alaa Salahın qadın nümayişçilər tərəfindən böyük dəstək alıb. Bu arada inqilabın simvolu olan tələbə Sudanın hərbçilər tərəfindən idarə edilməsi ilə razılaşmadığını və tez bir zamanda Xalq Şurasının yaradılmasınnı vacibliyini vuğulayıb.

Alaa Salahın hökumət əleyhinə nümayişlər zamanı məhşurlaşması və Qərb mediası tərəfindən təbliğatının aparılması onun hansı cəbhənin düşərgəsində yer almasını göstərir. Bir neçə dəfə ölümlə təhdid olunan 22 yaşlı tələbənin geri addım atmaması və siyasi mübarizəyə qaytılması onun gələcəkdə Sudan hökumətində yer almasını istisna etmir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Sudan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 06:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru