Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2019
22:31
935
BDU-dan prorektorlarla bağlı açıqlama

Bakı Dövlət Universitetinin (BDU) Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyevin və İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlının vəzifələrindən azad edlməsi ilə bağlı bəzi KİV-lərdə yer alan məlumatlar yayılan məlumatlar həqiqəti əks etdirmir.

FaktXəbər-in məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq BDU-nun mətbuat xidmətinin rəhbər Pərvanə İbrahimova bildirib.

“Adları çəkilən prorektorların vəzifədən azad edilməsi xəbəri həqiqəti əks etdirmir və onlar iş başındadırlar”, - deyə o, bildirib.

Bəzi KİV-lərdə Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayevin rəhbərlik etdiyi ali təhsil müəssisəsində kadr islahatlarına başladığı və sözügedən prorektorları vəzifələrindən azad etdiyi haqda məlumat yayılmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 04:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru