
İnşaat sektorunda 16 illik təcrübəsi və kefiyyət nümunəsi ilə müştərilərinin inamını qazanan “Kristal Abşeron” özəl layihələrlə yanaşı, dövlət sifarişi olan layihələri də uğurla icra edir.
“Kristal Abşeron”dan FaktXəbər-ə verilən məlumata görə, növbəti dəfə isə şirkət Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “güzəştli mənzillər”in tikintisi ilə bağlı tenderin qalibi olub. Yəni, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha ərazidə 12 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu “Kristal Abşeron” şirkəti reallaşdıracaq.
Daha dəqiq desək, “Kristal Abşeron MTK” (www.kristalabsheron.az) investisiya qoyuluşu müqabilində “MİDA” MMC-nin sifarişi ilə hazırlanmış və dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq, tikinti işlərinin gedişi zamanı kompleksin ərazisində olan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir. Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 binada (7-si 12 mərtəbəli, 5-i 9 mərtəbəli) yerləşən mənzillərdən 189-u (16-sı 1 otaqlı, 60-ı 2 otaqlı, 86-sı isə 3 otaqlı, 27-si 4 otaqlı) MİDA-nın sərəncamına veriləcək və “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq. Sözügedən 12 binanın tikintisi üçün “Kristal Abşeron” tərəfindən investisiya qoyuluşunun ümumi həcminin 40 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur.
“Kristal Abşeron” şirkətinin bu yatırımı həcminə görə MİDA tərəfindən indiyə qədər cəlb olunmuş ən böyük məbləğdir. Buna qədər Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində tikinti işlərinin aparılması üçün MİDA tərəfindən 3 investor cəlb olunmuş və nəzərdə tutulan 18 milyon manat investisiya vəsaitinin 11 milyon manat hissəsi reallaşdırılmışdır.
Xatırladaq ki, indiyə kimi “Kristal Abşeron” MTK Bakı, Sumqayıt və Xırdalan şəhərlərində bir-birindən gözəl layihələri uğurla icra edib. 2018-ci ilin may ayında isə podratçısı olduğu məcburi köçkünlər üçün nəzərdə tutulan “Qobu Park” yaşayış kompleksini istifadəyə verib. Yaşayış kompleksinin açılışında iştirak edən prezident İlham Əliyev “Kristal Abşeron” şirkətinin işini yüksək qiymətləndirib.

Saudi WikiLeaks: "Səudiyyə hakimiyyəti müxalifətçilərin kütləvi oğurlanmasına göstəriş verib"
22
Aprel
Almaniyalı deputat: “Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”
22
Aprel
Nazirlik koronavirusa qarşı evdə müalicə prosesinə aydınlıq gətirib
22
Aprel- 22-04-2021 18:04 Sağalanların sayı yoluxanları keçdi
- 22-04-2021 16:11 ETSN: "Havada müşahidə olunan toz lokal xarakter daşıyır"
- 22-04-2021 16:06 Atçılıq Mərkəzindəki atlar niyə acından ölür? - Nazirlikdən açıqlama
- 22-04-2021 15:25 Pərviz Abbasovla İmran Ağayev belə tutulub - VİDEO
- 22-04-2021 14:37 Suqovuşanda minalarının zərərsizləşdirilməsi anı - VİDEO
- 22-04-2021 14:26 Vaksinasiya ilə bağlı daha 2 nəfər işdən çıxarıldı
- 22-04-2021 13:45 Həbs edilən Pərviz Abbasovla İmran Ağayev kimdir? - Bioqrafiya
- 22-04-2021 13:30 Sabaha gözlənilən hava açıqlandı
- 22-04-2021 12:48 Selcuk Bayrakdar yeni hədəflərini açıqladı
- 22-04-2021 12:46 Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törətdi - Rəsmi
- 22-04-2021 12:17 “Bravo” bu fotoya görə üzr istədi
- 22-04-2021 12:03 Nazirlik: Mingəçevir su anbarına kifayət qədər su ehtiyatı yığılıb
- 22-04-2021 11:58 Ermənilər Suqovuşanda daha çox plastik mina basdırıbmış
- 22-04-2021 11:31 Hüseynbala Mirələmov ADNSU-dakı vəzifəsindən azad edildi
- 22-04-2021 10:55 Azərbaycanlı akademik vəfat etdi - FOTO
- 22-04-2021 09:47 Zenit-raket bölmələrinin döyüş atışlı təlimi - VİDEO
- 21-04-2021 17:07 Polis reyd keçirib: 20 sürücü barəsində protokol tərtib edildi - FOTO
- 21-04-2021 16:46 Bakıda havanın ən çox çirkləndiyi ərazilər AÇIQLANDI
- 21-04-2021 16:31 Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
- 21-04-2021 15:21 Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
- 21-04-2021 13:24 Azərbaycanda nazir koronavirusa yoluxub
- 21-04-2021 13:10 Sabahın hava proqnozu açıqlandı
- 21-04-2021 12:51 Prezident Hacıqabulla bağlı sərəncamlar verdi
- 21-04-2021 11:46 Prokurorluq: Bərdədə həkim səhlənkarlığı ilə bağlı fakt araşdırılır
- 21-04-2021 10:58 "ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb