Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2019
12:14
294
Zelenski Poroşenko ilə debata çıxmaqdan qorxur?

Ukraynada prezident seçkilərinin ikinci turunun keçirilməsinə az müddət qalsa da, namizədlərdən şoumen, "Xalqın Xidmətçisi" partiyasının rəhbəri Vladimir Zelenski və hazırki prezident Pyotr Poroşenko hələ də debata çıxmayıb. FaktXəbər bildirir ki, Zelenski bir neçə dəfə debata dəvət edilsə də, bundan imtina etməsi onun Poroşenkodan çəkinməsi kimi qiymətləndirilir.

Prezidentliyə namizəd, şoumen Zelelnskinin öz doğma dilində sərbəst danışa bilməməsi və danışıqda rus dilinə üstün verməsi, Poroşenkonun onu debatda çətin duruma salmasını istisna etmir. Həmçinin Poroşenkonun 5 illik prezidentlik kürsüsündə siyasi təcrübə toplaması da, onu rəqibindən üstün edir.

Bütün bunlara baxmayaraq Vladimir Zelesnki yalnız bir tarixdə - 19 aprel, Kiyevin "Olimpiya" stadionunda Pyotr Poroşenko ilə debata çıxmağa hazır olduğunu bəyan edib. Debatda hər iki namizədin iştirak edəcəyini açıqlaması, tərəflər arasında maraqlı diskusasiyanın baş tutacağından xəbər verir.

21 apreldə prezident seçkilərinin ikinci turundan öncə keçirilən  son rəy sorğusu göstərib ki, Zelenski 61 faiz səslə Poroşenkoya (24 faiz) qalib gələcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ukrayna 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 06:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru