Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2019
11:39
293
Üzrsüz səbəbdən ünvanlı yardım verilməsi halları aşkar edilib

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sabirabad, Zaqatala, Gədəbəy və Şəmkir rayonlarında aparılmış auditlər üzrə ünvanlı dövlət sosial yardımının təyinatı və ödənilməsi ilə bağlı nöqsanlar müəyyən edilib.

Bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatında bildirilir.

Hesabata görə, həmin nöqsanlar əsasən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmadan sosial yardımın təyin edildiyi (01.04.2017-ci il tarixədək həyata keçirilmiş təyinatlar üzrə) aşkarlanıb.

Belə ki, müvafiq qanunvericilikdə sosial yardım təyin edilən ailənin maddi-məişət şəraitinin əyani müayinə edilməsi ilə bağlı tələb nəzərdə tutulsa da, 2017-ci ilin aprel ayınadək Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə təyin olunan işlər üzrə həmin fəaliyyət həyata keçirilməyib.

“Nəticədə isə ailə tərkibi və faktiki yaşayış yeri haqqında təmsilçi tərəfindən təqdim edilmiş səhv məlumatlar vaxtında aşkar edilməyib, təmsilçi tərəfindən ailənin torpaq paylarından, yardımçı təsərrüfatdan gəlirləri haqqında məlumatların təqdim edilməməsi, müxtəlif dövrlərdə bağlanmış hesabların qalıqlarının araşdırılmaması hallarına rast gəlinib. Həmçinin, inteqrasiya olunması nəzərdə tutulan müvafiq elektron bazaların mövcud olmaması və ya qənaətbəxş səviyyədə olmaması səbəbindən bir çox səhv məlumatlar, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması, sosial yardımın üzrsüz səbəbdən 3 aydan artıq müddətdə alınmaması VEMTAS vasitəsilə də aşkar edilməyib, nəticədə hesablarda qalmış vəsaitlərlə birlikdə ünvanlı dövlət sosial yardımı üzrə ümumilikdə 735,0 min manat vəsait artıq ödənilib. Əvvəlki dövrlərdə təyin edilmiş və müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə hesablarda ümumilikdə 50,5 min manat vəsait qalığı olub, həmin vəsaitin dövlət büdcəsinə qaytarılması təmin olunub”, - deyə hesabatda bildirilir.

Bundan başqa, dövlət büdcəsindən maliyyələşdirilən sosial müavinət və təqaüdlərin təyinatı və ödənilməsi zamanı da nöqsanlara yol verilib, vətəndaşların sosial müavinət almaq hüququna malik olması vəziyyəti ətraflı araşdırılmayıb, əmək pensiyası almaq hüququ olan vətəndaşlara sosial müavinət ödənişi həyata keçirilib, nəticədə ümumilikdə 102,4 min manat artıq vəsait ödənilib.(Report)

Məqalədə : ünvanlı yardım 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
791

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2628

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
44

ABŞ yeni hipersəsli raket hazırlayacaq

20

İyun
15:50
DÜNYA
1642

Sabaha 38 dərəcə isti proqnozu

20

İyun
13:23
ÖLKƏ
1564
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 17:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru