Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2019
14:34
502
Azərbaycanda bəzi yanacaq markaları gömrük rüsumundan azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Dəyişiklikliyə əsasən, reaktiv mühərriklər üçün “TC-1” markalı yanacaq, o cümlədən “KO-20” markalı kerosin və “KT-2” markalı texniki məqsədlər üçün kerosin 15 faiz idxal gömrük rüsumundan azad edilir.

Bu qərar dərc edildiyi gündən 30 gündən sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir. Qərara əsasən, reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinə 15 faiz idxal gömrük rüsumu isə qüvvədə saxlanılır.

Nazirlər Kabinetinin həmçinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə də dəyişiklik edib.

Dəyişikliyə əsasən, ölkəyə gətirilən reaktiv mühərriklər üçün “TC-1” markalı yanacaq, o cümlədən “KO-20” markalı işıqlandırıcı kerosin və “KT-2” markalı texniki məqsədlər üçün kerosinin 1 tonuna 1 manat aksiz vergisi tətbiq olunur.

Bu qərar da 30 gündən sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Qərara əsasən, reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinin 1 tonuna 80 manat aksiz vergisi tətbiq olunması qüvvədə saxlanılır.

Məqalədə : yanacaq kerosin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
98

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
114

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
217

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
133

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
170
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 18:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru