Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2019
10:54
415
Bu gün 27 şəhər və rayonda 28 min 919 şagird imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 14-də 27 şəhər və rayonda ümumtəhsil müəssisələrinin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

DİM-dən FaktXəbər-ə bildirilib ki, saat 11:00-da başlanacaq imtahan 3 saat davam edəcək. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim olunacaq. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 68 imtahan mərkəzi ayrılıb. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanlarda 28919 (Sumqayıtda 3381, Abşeronda 2860, Gəncədə 2661, Göygöldə 726, Samuxda 454, Naftalanda 54, Goranboyda 1032, Daşkəsəndə 194, Şəki 1641, Oğuzda 474, Qəbələdə 1151, Lənkəranda 1514, Astarada 717, Biləsuvarda 743, Ağsuda 518, Zərdabda 419, Şamaxıda 638, Kürdəmirdə 921, Ağdamda 657, Yevlaxda 1062, Bərdədə 1512, Tərtərdə 673, İmişlidə 1154, Saatlıda 663, Sabirabadda 1155, Xaçmazda 1430, Şabranda 515) nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulub.

İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 2342 nəzarətçi‑müəllim, 226 buraxılışı təşkil edən əməkdaş, 68 bina nümayəndəsi ayrılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2546

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2374

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1792

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1500

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
460

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
265

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1193
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 06:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru