Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2019
14:44
244
`Formula 1`-ə görə bağlanacaq bəzi mərkəzi küçələr - SİYAHI

"Aprelin 22-dən Formula 1 Azərbaycan Qran-Prisi yarışının keçirilməsi ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdirilərək bağlanacaq". Bu barədə ona-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, yarışma Azadlıq meydanından başlayaraq, Puşkin, Xəqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi, Azneft dairəsi və Dənizkənarı bulvar, Neftçilər prospekti marşrutu üzrə keçiriləcək. Bu istiqamətlər üzrə kəsişən, bitişən, paralel olan əksər küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilərək bağlanacaq”.

​​O bildirib ki, yarış günlərində həmin küçə və prospektlərdə lazımi təhlükəsizlik tədbirləri görüləcək: ”Hazırda həmin küçə və prospektlər üzrə hazırlıq işləri gedir. Qoyulmuş beton maneələr həmin ərazilərdə yol zolaqlarının daralmasına səbəb olub ki, bu da süni sıxlıq yaradır. Bu küçələr üzrə hərəkət edən sürücülərə alternativ yol olaraq başqa ərazilərdən keçməyi tövsiyə edirik. Sürücülər Bayıl qəsəbəsindən Əhmədli qəsəbəsi istiqamətində gedirlərsə, Badamdarda qəsəbədaxili yollarla, Ziya Bünyadov prospektinin köməyi ilə hərəkət etsinlər”.

V.Əsədov deyib ki, hazırda yarışla əlaqədar paytaxtın Azadlıq prospekti, Zərifə Əliyeva küçəsindən Neftçilər prospekti kəsişməsinədək olan hissəsi tam bağlanıb: “Eləcə də Üzeyir Hacıbəyov küçəsi, Puşkin küçəsinin kəsişməsindən Azadlıq küçəsinin kəsişməsinədək olan hissədə 6 hərəkət zolağı 3 hərəkət zolağına çevrilib. Sürücülər bunu nəzərə alsınlar”.

Bölmə rəisi bildirib ki, "Formula 1"-in Təşkilat Komitəsi tərəfindən verilmiş informasiya əsasında yollardakı hərəkətlə bağlı Dövlət Yol Polisi tərəfindən əlavə məlumat veriləcək.

Qeyd edək ki, "Formula 1" yarışı 26-28 aprel tarixlərində keçiriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Formula-1 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 06:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru