Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2019
14:10
986
İlk qadım maşinist: `Bu iş mənim üçün çətin deyil`

İlk maşinist qadın olduğum üçün sevincliyəm. Bu sözləri ilk qadın maşinist Günay Həbibli axu.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, 2016-cı ildən metronun Memar Əcəmi stansiyasında qatarları qəbul edib yola salırdı:

“Maşinistlərin işə qəbulu ilə bağlı elanı gördüm. Özümü sınamaq üçün sənədlərimi hazırlayıb müraciət etdim.10 qadın maşinist namizəd arasından seçildim. Bu, mənim üçün böyük uğurdur.

Artıq aprel ayından etibarən maşinist olaraq çalışıram. Düşünürəm ki, bu böyük məsuliyyətdir. Gün ərzində metrodan minlərlə sərnişin istifadə edir və biz onların qatarlarda təhlükəsiz şəkildə aparılmasına cavabdehik. İşimi sevirəm və həvəslə görürəm. Bəlkə də ona görədir ki, bu iş mənim üçün heç də çətin deyil”.

***

12:10 - Bakı metropoliteni tarixində ilk qadın maşinist işə götürülüb. FaktXəbər bildirir ki, metropoliten tarixində ilk dəfə gender bərabərliyi təmin edilərək, qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb. 

10-dan artıq qadın müraciət etsə də, onların arasından yalnız biri - Günay Həbibli seçilib və Bakı metropoliteni tarixində ilk qadın maşinist kimi işə götürülüb. 

Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən Günay Həbibli buna qədər “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : metro 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 06:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru