Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2019
11:26
371
“Xocasən” deposu yaxın vaxtlarla fəaliyyətə başlayacaq

"Bakı Metropoliteni" QSC-də Bənövşəyi xəttin idarəetmə sistemlərini həyata keçirən yeni tipli vahid dispetçer mərkəzinin qurulması nəzərdə tutulur. FaktXəbər bildirir ki, bu mərkəz digər xətlərin də dispetçer mərkəzlərinə rəhbərlik etməyə imkan verəcək.

Yaşıl və Qırmızı xətlərin yeni idarəetmə sistemlərinə keçirilməsi istiqamətində də ən mühüm addımlar 2019-cu il ərzində atılacaq və işlərə "Nərimanov" elektrik deposunda "ox sayğacı" sistemi üzərində işarəvermənin ən yeni sisteminin tətbiqi ilə başlanılıb.

Bənövşəyi xəttin Ceyhun Səlimov küçəsində yerləşən 3-cü stansiyası ilə yanaşı, Xocasəndə inşa olunan deponun bir hissəsi istifadəyə verilməlidir. Həmin mərhələdən başlamaqla, deponun idarəetmə sistemləri xətt üzrə qurulmaqda olan vahid layihəyə tam uyğun olmalıdır.

Yaxın aylarda "Avtovağzal" stansiyasını “Xocasən” deposu ilə birləşdirən ikinci tunelin də qazıntısı başa çatdırılacaq və infrastrukturun qurulması istiqamətində işlər sürətləndiriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : metro 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 06:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru