Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2019
10:11
764
“Bakı Nəqliyyat Agentliyi` 74 yol kəsişməsində işlər aparır

“Bakı Nəqliyyat Agentliyi" (BNA) 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihəsinin icrasını davam etdirir”.

Bu barədə FaktXəbər-ə BNA-dan bildirilib.

Qeyd edilib ki, hazırda işlər S.Vurğun, M. Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, D.Əliyeva, R.Behbudov, S.Rüstəm, Kiçik Dəniz küçələri, Azadlıq və Bülbül prospektlərini əhatə edən 20 yol kəsişməsində icra edilir: “Görülən işlər çərçivəsində qeyd edilən kəsişmələrdə yeni yol nişanları quraşdırılır, mövcud çatışmazlıqlar aradan qaldırılır. İşlər ümumilikdə 120 ədəd yol nişanı üzərində aparılır”.

Məlumata görə, eyni zamanda artıq M.Füzuli küçəsinin S.Vurğun, R.Behbudov küçələri və Bülbül prospekti ilə kəsişməsində, həmçinin, Bülbül prospekti ilə Ş.Bədəlbəyli küçəsinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 06:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru