Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2019
15:19
1059
Gömrükdə Pakistan vətəndaşları saxlanılıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından daxil olan “Volvo” markalı, 69E20710 dövlət nömrə nişanlı sərnişin avtobusuna baxış zamanı 3 ədəd kisə və 1 ədəd əl yükünün sahibi müəyyən olunmayıb.

Dövlət Gömrük Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, İran vətəndaşı olan avtobus sürücüləri həmin yüklərin pakistanlı bir şəxsə məxsus olduğunu və onun yanındakı başqa bir nəfərlə İran gömrüyündə avtobusdan enərək piyada yolla Azərbaycan Respublikasına daxil olduğunu, hazırda isə Astara gömrük postunun çıxış qapısında avtobusu gözlədiklərini bildiriblər.

Sonra şəxsiyyəti müəyyənləşdirilən həmin şəxslər, Pakistan İslam Respublikasının vətəndaşları Khan Noor Khan Jamal oğlu və Butt Amjad Javed Hussain Fazal oğlu Astara gömrük postunun avtonəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə dəvət olunublar. Orada Khan Noor Khan Jamal oğlu sözügedən yüklərin ona məxsus olduğunu bildirib.

Daha sonra Khan Noor Khan Jamal oğlunun iştirakı ilə ona məxsus əl yüklərinə rentgen aparatında baxış keçirilib. Baxış zamanı 3 ədəd kisənin içərisində şübhəli cizgilər müşahidə edildiyindən həmin yüklər kinoloji xidmət itinin tətbiqi ilə təkrar yoxlanılıb. “Volter” ləqəbli xidməti it kisələrə reaksiya verdiyi üçün həmin yüklər bu dəfə əsaslı şəkildə yenidən yoxlanılıb.

Nəticədə 3 ədəd kisədə olan 39 ədəd gödəkçənin astarının içərisində cəmi 106 ədəd bağlamada, qablaşdırılması ilə birlikdə ümumi çəkisi 3 kiloqram 260 qram təşkil edən narkotik vasitə - heroin aşkarlanıb.

Bununla yanaşı, adıçəkilən Pakistan vətəndaşının əl çantasında isə üzərində “Alprazolam 0.5 mg” yazısı olan 43 ədəd dərman preparatı aşkar edilib.

Xatırladaq ki, alprazolam “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin III Siyahısı”na daxildir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
543

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
373

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
238

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
196

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
193

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
328

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
399
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 04:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru