Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2019
11:00
Dualarımız niyə qəbul olmur?

Bəzən bir şeyi çox arzulamağımıza və bunun üçün gecə gündüz dua etməmizə baxmayaraq,  o istəyimiz həyata keçmir. Bir də görürsən bu hal bir qismi insanın ümidsizliyinə səbəb olur. Bəs görəsən duaların qəbul olmamasının səbəbi nədir? FaktXeber.com-un məlumatına görə, böyük İslam alimi Ayətullah Seyid Əli Hüseyni Sistaninin  fətva bürosu bu sualın cavabını yayımlayıb. Həmin cavabı təqdim edirik:

Duanın qəbul edilməsinə mane olan bir çox səbəblər var. Bunlardan ən önəmlilərinə toxunacağıq.

Bəzən insan istədiyi şeyin reallaşmasının özünə xeyir olacağını düşünür. Halbuki hər şeydən xəbərdar olan Allah  bunun ona xeyri olmayacağını bilir. Bu səbəbdən o duanın qəbulunu gecikdirir. Belə ki, «İftitah» duasında da belə oxuyuruq: «Bəlkə də  duamı geciktirmən mənim üçün daha xeyirlidir: zira sən işlərin aqibətini bilirsən».

Böyük Yaradan  Qurani-Kərimdə belə buyurub: «Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.».

Bəzi hədislərdə belə buyurulub: «Allah bəzən qulun duasını qəbul etməz. Bunun qarşılığında ona Axirətdə daha önəmli savab və daha çox mükafat verər. Bəndə Axirətdə qəbul olmayan dualarına qarşılıq verilən mükafatları gördüyündə «kaş ki, dünyada heç bir duam qəbul olmayaydı», - deyər».

Hər bir halda  duanın qəbul edilməməsi həmin adamın xeyrinədir; ya günahına kəffarə, ya da Axirətdə bir mükafatdır.

Məqalədə : dua namaz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43220

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41528

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43123

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42607

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48134

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42661

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43064
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2020 16:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru