Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2019
14:58
256
Milli Şura ilə ReAl arasında münasibətlər gərginləşib

Milli Şura (o cümlədən AXCP) ilə ReAl Partiyası arasında münasibətlər gərginləşib. Milli Şura təmsilçiləri iddia edir ki, ReAl funsionerləri Natiq Cəfərli və Erkin Qədirli Brüsseldə Azərbaycan hökumətinin atdığı addımları dəstəkləyiblər. MŞ təmsilçiləri ReAl-çıları satqınlıqda ittiham ediblər.

REAL Partiyasının Məclisinin üzvü Azər Qasımlı “Report”a açıqlamasında təmsil etdiyi partiyaya qarşı ittihamların səsləndirilməsindən təəssüfləndiyini deyib.

Onun sözlərinə görə, ReAl-a qarşı çirkab atanlar bilməlidir ki, partiyanın mövqeyi əvvəldən necə idisə, indi də elədir: “Ölkədə gedən proseslərlə bağlı fikirlərimizdə dəyişiklik yoxdur. Bu fikirlərimizi Azərbaycanın həm daxilində, həm də xaricində səsləndiririk. Bizə qarşı deyilənlərin hamısı şər-böhtandır. Avropa Birliyi ilə Azərbaycanın imzalayacağı sazişlə bağlı mövqeyimiz qətidir. Bildirmişik ki, bu sənəddə demokratiyanın fundamental prinsipləri əks olunmalıdır. Buraya sərbəst toplaşmaq, söz azadlığı, siyasi partiyaların fəaliyyəti, seçkilərin şəffaf keçirilməsi və s. məsələlər daxildir. Əgər bunlar olmayacaqsa, biz əleyhinə çıxacağıq. Amma onu da bilirik ki, sadaladığım məsələlər bu sənəddə əksini tapacaq. Bunun da cəmiyyətimizə müsbət təsiri olacaq. Belə bir sənədin kim əleyhinə çıxacaqsa, deməli, o, Azərbaycanın Avropa ilə yaxın münasibətlərinin olmasını istəmir. Biz ReAl Partiyaya olan ittihamlardan təəssüflənirik”.

A.Qasımlı “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazdığı yazını xatırladıb: “Təəssüflər olsun ki, yazımı yanlış istiqamətə yönləndirdilər. Yazım həm də təhrif edilmişdi. 1990-cı illərin siyasi mədəniyyətindən, düşüncə tərzindən azad olmamışıq. Biz bundan qurtulmalıyıq. Ölkənin irəli aparılması üçün siyasi mədəniyyət olmalıdır, bir-birimizi dinləməyi, ortaq məxrəcə gəlməyi bacarmalıyıq. Hazırda bunların heç biri yoxdur. 90-cı illərdən gələn bir çox siyasətçilər məhz bu siyasi düşüncənin daşıyıcılarıdırlar. ReAl yeni qüvvədir, ona görə də müəyyən qısqanclıqlar var. Bu, müsbət hal deyil. Azərbaycan dəyişir, siyasətə yeni insanlar gəlir, onların düşüncələrini ifadə edən təşkilat ReAl-ldır. İnsanlar ReAl Partiyası ilə bağlı ittihamların yalan olduğunu bilirlər. Bu ittihamların hamısı ifşa olunub. Bu, müsbət tərəfdir. Biz istərdik ki, ölkəmizdə siyasi mədəniyyət başqa formada olsun, insanlar ideyalar, düşüncələr ətrafında mübahisə etsinlər, “satıldı” kimi ittihamlar səsləndirilməsin. Mədəniyyəti olan insanlar baş verənləri müsbət qarşılamır. Hər kəs anlayır ki, bu məsələlər müxalifətə xeyir gətirmir”.

Partiyanın idarə heyətinin üzvü Erkin Qədirli də ittihama münasibət bildirib: “ReAl-AXCP davası-filanı yoxdur. Son gedişatı belə görənlər yanılırlar. ReAl-ın AXCP ilə böləsi, ya da bu iki partiyanın bir-birindən alası nəsə yoxdur. AXCP-nin bəlli bir elektoratı var. Bu elektorat heç zaman ReAl-a səs verməyəcək. ReAl-ın elektoratı hələ tam aydın deyil, formalaşmayıb, çünki ReAl bir partiya olaraq, seçkilərdə hələ iştirak etməyib. Gümanımız doğrudursa, ReAl-ın elektoratı da AXCP-yə səs verəsi deyil. Bu iki partiyanın birləşməsindən AXCP heç nə udmayacaq, ReAl isə yalnız itirəcək. Odur ki, burada söhbəti "dava", "qarşıdurma" "münaqişə" və s. anlayışların üzərində qurmaq doğru deyil. Problemin kökü daha dərindir, sistemdən qaynaqlansa da, qanacağa bağlıdır. ReAl-ı satqınlıqda suçlamaq qanacaqsızlıqdır”.

Məqalədə : Milli Şura ReAl 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
640

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1179
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 06:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru