Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

10 Aprel

2019
09:19
216
Bakının 20 küçə və prospektində sarı kəsişmə toru çəkilir

Azərbaycan paytaxtının əsasən mərkəzi hissəsini əhatə edən 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihənin icrasına başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən FaktXəbər-ə verilən məlumata görə, layihənin birinci mərhələsində işlər M.Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, R.Behbudov, S.Vurğun, D.Əliyeva, S.Rəhimov küçələri və Bülbül prospektinə aid 20 kəsişmədə həyata keçiriləcək.

“Layihə çərçivəsində müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, mövcud olanlardakı çatışmazlıqlar aradan qaldırılacaq. Həmçinin yol nişanları yenilənəcək, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək. Zəruri yerlərdə isə sarı kəsişmə toru nişanlanması təşkil ediləcək. Layihəyə uyğun olaraq artıq M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib. Davamlı olaraq digər kəsişmələrdə də müvafiq işlər aparılmaqdadır”, - deyə məlumatda bildirilir.

İlkin hesablamalara əsasən, 74 yol kəsişməsi layihəsinin icrası ilə şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Yolların nəqliyyat buraxma qabiliyyəti artacaq, hərəkətin intensivliyi təmin ediləcək. Bu isə öz növbəsində hərəkət iştirakçılarının xüsusən də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin tıxacda qalaraq lüzumsuz vaxt itirməsinin qarşısının alınması baxımından əhəmiyyətlidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

3 aya Bakıda 14 cinayətkar qrup ifşa olunub

22

Aprel
19:57
HÜQUQ,HADİSƏ
645

Aprelin 23-nə manatın məzənnəsi

22

Aprel
19:44
İQTİSADİYYAT
79

Azərbaycan İranda 4 terminal inşa edəcək

22

Aprel
19:39
İQTİSADİYYAT
97

51 icra məmuru vəzifəsindən azad olunub

22

Aprel
19:07
HÜQUQ,HADİSƏ
88

Limonun çəyirdəyi lətindən daha faydalı imiş

22

Aprel
16:56
AİLƏ, SAĞLAMLIQ
189

Sabirabadda yeni doğulan əkiz uşaqlar ölüb

22

Aprel
16:53
HÜQUQ,HADİSƏ
82
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 05:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru