Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

10 Aprel

2019
09:19
216
Bakının bir sıra yerlərində velosiped yolları salınacaq - FOTO

Əhalinin velosiped sürməyə artan marağını, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən uyğun infrastrukturun yaradılması üçün tədbirlər görülür. 

Bu barədə Faktxeber.com-a BNA-dan məlumat verilib.

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərinə uyğun olaraq velosipeddən istifadənin təşviqi, bunun üçün şəhərdə uyğun infrastrukturun - velosiped yollarının, zolaqlarının yaradılması Agentliyin qarşıdakı illərdəki əsas fəaliyyət planına daxil edilib. “Bakı şəhərində Velosiped Nəqliyyatı: İlkin Kompleks Baş Planı”nın birinci mərhələsində paytaxtın Böyükşor parkı - Olimpiya stadionu, Elmlər Akademiyası, Bulvar, ikinci mərhələsində isə İçərişəhər, Sovetski - Qış parkı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Dədə Qorqud parkı, Atatürk parkı, N.Nərimanov parkı, Ağ Şəhər, Sahil parkı, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi istiqamətindəki yollarda velosiped yollarının təşkili nəzərdə tutulmuşdur. Müzakirə mərhələsində olan layihələrdən biri də Bakı Olimpiya Stadionu ilə Böyükşor gölünün ətrafında 18 kilometrlik velosiped yolunun təşkili ilə bağlıdır. Eyni zamanda şəhərin mərkəzini əhatə edən velosiped yol şəbəkəsinin tətbiqi istiqamətində təhlillər aparılır. Qarşıdakı illərdə Bakı şəhərində də velosiped yolları və duracaqları yaradılacaq və əhali rahat şəkildə velosipeddən istifadə edəcək. Məlumat üçün bildiririk ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində artıq velosiped yolları və dayanacaqları quraşdırılaraq insanların istifadəsinə verilib", - BNA-dan bildirilib.

Əhalini velosiped sürməyə təşviq edən aksiyalara tam dəstəyini ifadə edərək bu cür təşəbbüsləri BNA alqışlayır. Bu dəstəyin nümunəsi olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə Dünya Sağlamlıq Günü ilə əlaqədar Bakıdakı Veloparkda “Az avtomobil - çox həyat” devizi altında təşkil edilən veloyürüşə Bakı Nəqliyyat Agentliyinin 30 nəfərdən ibarət kollektivi də qatılmışdır. Veloyürüşdə iştirakına və tədbirə dəstəyinə görə Bakı Nəqliyyat Agentliyinin komandası diplomla təltif edilib.

Məqalədə : velosiped yolları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

3 aya Bakıda 14 cinayətkar qrup ifşa olunub

22

Aprel
19:57
HÜQUQ,HADİSƏ
645

Aprelin 23-nə manatın məzənnəsi

22

Aprel
19:44
İQTİSADİYYAT
79

Azərbaycan İranda 4 terminal inşa edəcək

22

Aprel
19:39
İQTİSADİYYAT
97

51 icra məmuru vəzifəsindən azad olunub

22

Aprel
19:07
HÜQUQ,HADİSƏ
88

Limonun çəyirdəyi lətindən daha faydalı imiş

22

Aprel
16:56
AİLƏ, SAĞLAMLIQ
190

Sabirabadda yeni doğulan əkiz uşaqlar ölüb

22

Aprel
16:53
HÜQUQ,HADİSƏ
82
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 06:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru