Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2019
16:23
460
Zərdabda reyd keçirilib, 30-a yaxın sürücü cərimələnib

Zərdab rayonunda nəqliyyat vasitələrinə qarşı reyd keçirilib. Tədbir Zərdab rayon Polis şöbəsi yol-patrul bölməsi, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları ilə birgə "Təmiz hava" aylığı çərçivəsində baş tutub. 

Məqsəd ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində nəzarətin gücləndirilməsidir. Reyd nəqliyyat vasitələrindən atılan zərəli tullantıların atmosfer havasını çirkləndirməsinin qarşısını almaq və mühərriklərin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq olan avtomobilləri müəyyənləşdimək məqsədi daşıyır. Eyni zamanda reyd baş verə biləcək hadisələrin qarşısını əvvəlcədən almaq və sürücüləri bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Bəzi sürücülər avtomobillərinin normal işlədiyini bildirərək yoxlamadan narazılıq edib və təkrarlanmasını istəyiblər. Bundan başqa, reyd zamanı qanunlara tabe olan və məhəl qoymayan sürücülərə də rast gəlinib. Nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, təhlükəsizlik kəmərini taxmadan idarə edən və avtomobilə əlavə konstruksiya quraşdıran sürücülər də aşkarlanıb. Reyd zamanı 40-a yaxın avtomobil saxlanılıb, onlardan 30-a yaxınının sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib. 

Məqalədə : Zərdab yol polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
552

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
400

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
420

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
460

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
492

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
467

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1064

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
861
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 04:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru