Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2019
14:34
444
Mehman Hüseynovun ölkədən çıxışına qadağa qoyulub

«Mənim bu həftə ərzində Avropa Parlamentində, Avropa Şurasında və bir sıra beynəlxalq təşkilatlarla görüşlərim nəzərdə tutulub. Həm də cərrahiyyə əməliyyatına ehtiyacım var. Azərbaycan səhiyyə sisteminə inanmadığımdan cərrahiyyə əməliyyatının da Avropa ölkələrinin birində keçirilməsini istəyirəm. Aeroportun «pasport kontrol» deyilən ərazisində gömrük işçisi mənə geri qayıtmağımı bildirdi və dedi ki, Baş Prokurorluq ölkədən çıxışıma qadağa qoyub».

Bunu bloqer Mehman Hüseynov deyib. O, Baş Prokurorluğun onun çıxışına qadağa qoymasına inanmır: «Mənim adımı sistemə vurduqda, gömrük işçisinin üzünün ifadəsi dəyişdi. O, harasa zənglər etməyə başladı, sonra 4-5 nəfər əlavə şəxslər bizə yaxınlaşdı. Yenə zənglər, yenə zənglər. Sanki yenə də məni bu ölkədə girov saxlamaq üçün əllərindən gələni edirlər».

M.Hüseynov artıq səkkizinci ildir ki, ölkədən xaricə buraxılmadığını bildirib: ​«Mən artıq hüquqi prosedurlardan bezmişəm. Nə qədər şikayət etmək olar?! Həbsdən əvvəl mənə sənədlərimi vermirdilər. Ona görə bu işləri hüquqi yolla nizama salmağa çalışırdıq. İndi cəzamı çəkmişəm, yeni cinayət işinə xitam verilib. Həbsdən sonra arxivim təmiz idi. Yəni heç bir əngəl olmamalı idi. Bütün rəsmi sənədlərimi almışam. Xarici pasportu çox rahatçılıqla almışdım. Mən artıq bu hüquqi prosedurlardan bezmişəm. Yenə də harasa şikayət edim? Görünür bunlar mənim ailəmə yenə nifrətlə yanaşırlar və məni girov kimi saxlamaq istəyirlər».

M.Hüseynov ölkəni daimi tərk etmək fikrində olmadığını bildirib: «Sizin vasitənizlə də bildirirəm ki, mənim elə bir planım yoxdur. Mən ölkəmizi daha inkişafda görmək üçün mübarizəmi daxildə davam etdirmək istəyirəm». (azadliq.org)

Məqalədə : Mehman Hüseynov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
256

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1875

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
402

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1341

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
471
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 08:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru