Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

09 Aprel

2019
10:59
228
Azərbaycanda ekoloji elektrik enerjisi ilə bağlı vacib qərar

Azərbaycanda üzən günəş panelləri sistemi ilə bağlı pilot layihəni həyata keçirəcək 3 məsləhətçi şirkət artıq seçilib.

Məlumata görə, “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir: “Asiya İnkişaf Bankı (AİB) tərəfindən beynəlxalq məsləhətçi şirkət kimi EQO-NIXUS və S.L.U şirkətləri, yerli məsləhətçi şirkət kimi “Azerbaijan Energy Engineering and Consulting” MMC seçilib”.

Bildirilir ki, bu ilin yanvar ayında AİB tərəfindən layihənin “Üzən günəş enerjisi texnologiyalarının inkişafı” adlı ilkin hesabatı təqdim olunub. Pilot layihəsinin icrası istiqamətində seçilmiş beynəlxalq məsləhətçi şirkətinin EQO-NIXUS nümayəndəsi mart ayında ölkəmizdə səfərdə olub, nazirliklə və aidiyyəti qurumlarla görüşlər keçirilib və müzakirələr aparılıb. Hazırda işlər layihənin icrasına başlanılması üçün torpaq sahəsinin ayrılması, suyun səthindən istifadəyə icazə verilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş icazə və rəylərin verilməsi mərhələsindədir.

Nazirlikdən bildiriblər ki, podratçı şirkətin seçilməsi ilə bağlı tender proseduru yekunlaşmadığı üçün tikintini keçirən şirkət məlum deyil. Bu prosesin yaxın vaxtlarda başa çatacağı, layihənin texniki-iqtisadi əsaslandırlmasının yaxın vaxtlarda yekunlaşacağı gözlənilir. Layihə Asiya İnkişaf Bankının texniki və maliyyə dəstəyi ilə həyata keçirilir.

Məlumatda deyilir ki, layihə 3 ölkədə - Azərbaycan, Qırğızıstan və Əfqanıstanda həyata keçirilir və ümumi dəyəri 3 mln. ABŞ dollarıdır: “AİB tərəfindən Energetika Nazirliyinə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Layihənin icrasında hər hansı bir gecikmə yoxdur və nəzərdə tutulan vaxtda yekunlaşdırlması gözlənilir, deyə qurumdan qeyd ediblər.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi hədəfinə uyğun olaraq nazirlik AİB-in dəstəyi ilə üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçirəcək. Nazirlər Kabineti “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” adlı pilot layihənin icrasına icazə verib. Layihə çərçivəsində Böyükşor gölündə hər biri 100 kilovata qədər gücə malik olacaq 3 ədəd fotovoltaik sistemin quraşdırılması, həmçinin günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədilə biznes modellərin formalaşdırılması, bu sahədə milli potensialın gücləndirilməsi, eləcə də müasir norma və prinsiplərin tətbiq edilməsi nəzərdə tutulur.

Energetika Nazirliyi alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə mövcud potensialın qiymətləndirilməsi, bu istiqamətdə həyata keçiriləcək layihələrin müəyyənləşdirilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı kompleks tədbirlər görür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

3 aya Bakıda 14 cinayətkar qrup ifşa olunub

22

Aprel
19:57
HÜQUQ,HADİSƏ
645

Aprelin 23-nə manatın məzənnəsi

22

Aprel
19:44
İQTİSADİYYAT
79

Azərbaycan İranda 4 terminal inşa edəcək

22

Aprel
19:39
İQTİSADİYYAT
97

51 icra məmuru vəzifəsindən azad olunub

22

Aprel
19:07
HÜQUQ,HADİSƏ
88

Limonun çəyirdəyi lətindən daha faydalı imiş

22

Aprel
16:56
AİLƏ, SAĞLAMLIQ
189

Sabirabadda yeni doğulan əkiz uşaqlar ölüb

22

Aprel
16:53
HÜQUQ,HADİSƏ
82
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 06:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru