Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2019
12:01
Bakıda 5 küçənin təmiri yekunlaşıb - FOTO

Dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.

Agentlikdən FaktXəbər-ə verilən məlumata görə, cari ilin əvvəlindən rayon üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 5.3 km uzunluğa malik 5 küçənin 85 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb.

Bu hər birinin uzunluğu 1.6 km olan Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri, bu küçələri birləşdirən 0.4 km uzunluğa malik “A Keçidi” küçəsi, 1 km-lik “7-ci Alatava” küçəsi və 0.7 km uzunluğunda Şəfayət Mehdiyev küçəsidir.

Sadalanan küçə və yollar boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.

İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Yasamal rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 12 km-dən artıq uzunluğa malik 5 küçənin təqribən 80 min kv.m sahəsində təmir-tikinti işlərinə start veriləcək.

Misal olaraq 1.6 km uzunluğa malik Şamil Əzizbəyov, 1.4 km-lik “1-ci Alatava”, 7 km-lik “2-ci Alatava”, 1.6 km uzunluğunda olan Ümid Əkbərov küçələrini, həmçinin Şəfayət Mehdiyev küçəsinin Landau və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yeləşən 0.8 km-lik hissəsini göstərmək olar ki, yaxın müddətdə bu və digər küçə və yolarda da təmir-tikinti işləri davam etdiriləcək.

Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.

Məqalədə : Bakı küçə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42731

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41085

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42658

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42159

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47652

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42106

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42471
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 06:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru