Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2019
10:05
1111
Xəlifə Həftər kimin adamıdır: Putin, yoxsa Trampın?

ABŞ Dövlət katibi Mayk Pompeo "Liviya Milli Ordusu"nun komandiri, marşal Xəlifə Həftərin qüvvələrindən Tripoliyə hücumu dərhal dayandırmasını tələb edib. FaktXəbər bildirir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb. Pompeonun sözlərinə görə, Vaşinqton Tripolidəki silahlı qarşıdurmalardan dərin narahatdır.

"Biz Xəlifə Həftərın hərbi hücumuna qarşı çıxdığımızı bəyan etdik və Liviyanın paytaxtına olunan   hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq. Qüvvələr əvvəlki mövqelərinə qayıtmalıdırlar",-deyə ABŞ dövlət katibi vurğulayıb.

Son məlumata görə, "Liviya Milli Ordusu"nun Tripoliyə hərbi əməliyyata başlamasından bu yana 32 nəfər ölüb, 50-dən çox yaralı var. Liviya ordusunun hava qüvvələri buna cavab olaraq "əl-Vətyə" hərbi bazasına avia zərbə endirib. "Liviya Milli Ordusu"nun general-mayoru Salam əl-Həssi təsdiqləyib ki, hökumətin nəzarətində olan aviasiya qüvvələri ordunun mövqelərinə hücum etmək istəyib.

Bu arada Xəlifə Həftərə tabe olan qüvvələrin Tripolidəki beynəlxalq hava limanını ələ keçirməsi iddia olunub. Baş nazir Faiz Saraj tərəfindən nəzarət edilən qüvvələr və media isə bunu təkzib edib.

Xəlifə Həftər kimin adamıdır?

2011-ci ildə Müəmmar Qəzzafinin devrilməsindən sonra Liviyada vahid hakimiyyət formalaşdırmaq hələ də mümkün olmayıb. Ölkə hazırda ərəblər və italyan müstəmləkələrinin nəslindən olan səhra və sahil şəhərlərdə yaşayan berberlərin qəbilə birliklərinə çevrilib. Faiz Sarajın rəhbərlik etdiyi və BMT-nin dəstəklədiyi Liviya hökuməti isə ölkədə çox da nüfuza malik deyil. Bu səbəbdən Qəzzafi dönəmindən marşal vəzifəsini icra edən Xəlifə Həftərin rəhbərlik etdiyi ordu hökumətə tabe olmur.

Xəlifə Həftər hələ kursant olarkən Müəmmar Qəzzafinin təşkil etdiyi dövlət inqilabına qatılıb, nəticədə monarxiya dağılıb və Qəzzafi hakimiyyətə gəlib. O, 1987-ci ildə Afrikanın Çad ölkəsinə qarşı müharibə zamanı Liviya ordusunun ən yüksək marşal rütbəsinə yiyələnib. Bu müharibə zamanı Liviya məğlub olmuş, Həftər isə əsir düşmüşdü.

Xəlifə Həftər əsirlikdə olarkən Qəzzafi ondan imtina etmişdi. Bundan sonra o, Çadda baş verən dövlət çevrlişində iştirak etmiş və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) köməkliyi ilə ölkədən qaçmışdı. Lakin Həftərin hazırda beynəlxalq arenada əsas müdafiəçilərindən biri Rusiyadır. MKİ-nin sabiq agenti Xəlifə Həftər Liviyanı mümkün birləşdirici və hərbi-strateji əməkdaşlıqda tərəfdaş kimi Rusiyanı görür.

Məqalədə : Liviya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
181

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
118

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
144

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
101
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 17:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru