Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2019
08:56
Yol polisi Astarada reyd keçirib

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində nəqliyyatın sıx olduğu küçələrdə profilaktiki reyd təşkil olunub.

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin istismarı nəticəsində ətraf mühitə atılan zərərli maddələrin insanların həyat və sağlamlığına ciddi təhlükə törətməsi barədə nəqliyyat vasitələrinin sürücülərinə müvafiq məlumatlar verilib, izahedici söhbətlər aparılıb.

Eyni zamanda istismar müddəti bitmiş, hər an nasazlıq yarana biləcək, həmçinin ətrafdakı nəqliyyat vasitələri və piyadalar üçün təhlükələrə səbəb olacaq minik avtomobillərinin və mikroavtobusların sürücülərinin bir daha diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Bununla yanaşı uzun müddət yaşayış binalarının və digər obyektlərin qarşısında, yolların kənarında saxlanılmış nəqliyyat vasitələrinin də həmin ərazilərdən götürülməsi ilə bağlı müvafiq tədbirlər görülüb, sözügedən nəqliyyat vasitələrinin sahibləri ilə profilaktiki söhbətlər aparılıb. Reyddən sonra sərnişin daşımalarını həyata keçirən sürücülər üçün “Astara-Nəqliyyat” ASC-də maarifləndirici tədbir keçirilib.

Qeyd edək ki, “Təmiz hava” aylığı aksiyası aprel ayının 28-dək davam etdiriləcək.

Məqalədə : Yol polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54476

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52589

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53989

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53734

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59154

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53424

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53808
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-12-2020 16:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru