Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Aprel

2019
13:11
541
Moqerini İslamı qəbul edib? - VİDEO

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında danışarkən "İnşallah" ifadəsi işlədib. FaktXeber.com-un məlumatına görə, Ticari əlaqələrdən danışarkən Euractiv-i Moqerini və Məmmədyarovdan  daha konkret olmasını istəyib. Avropalı nümayəndə isə  detalları ictimai şəkildə şərh etməmək barədə "qızıl qanunun" olduğunu vurğulayıb: "Güclü siyasi iradə olanda hər şey real olur. Buna görə, inşallah biz nəticəyə gələrik".

Qeyd edək ki, Moqerininin nitqində "İnşallah" sözünü işlətməsi sosial şəbəkələrdə böyük marağa və müzakirələrə səbəb olub. Bir çoxları elə düşünür ki, o, İslamı qəbul edib. Çünki bir müddət əvvəl Albaniyada çıxışı zamanı o, "Ümidvaram ki, Albaniya inkişafa hazırdır, inşallah" ifadəsini işlətmişdi.

Yeri gəlmişkən qeyd edək ki, Moqerini Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nəticəsində davamlı sülhdən hər kəsin faydalanacağına ümidini ifadə edib: "Ötən həftə ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi ilə Azərbaycan və Ermənistan liderlərinin müsbət görüşünün şahidi olduq. Ali səviyyədə təmasların genişlənməsi və atəşkəs rejiminin pozulmasının əhəmiyyətli dərəcədə azalması bizdə prosesin irəliyə doğru hərəkət edə biləcəyinə ümidlər yaradır".

F.Moqerini bildirib ki, davamlı sülhdən təkcə Azərbaycan və Ermənistan vətəndaşları deyil, bu ölkələrdən kənarda da faydalanacaqlar, çünki davamlı sülh bütün regiona öz potensialını reallaşdırmağa kömək edəcək.

Məqalədə : Moqerini 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
ÖLKƏ
781

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
142

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
118
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 11:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru