Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Aprel

2019
12:57
Liviyada vəziyyət qarışıb: Xəlifə Həftərin ordusu hücuma keçib - FOTO

General Xəlifə Həftərin rəhbərlik etdiyi "Liviya Milli Ordusu" paytaxt Tripoliyə doğu yaxınlaşır. FaktXəbər bildirir ki, bu barədə "AFP" məlumat yayıb.

Beynəlxalq birlik tərəfindən tanınmış Milli Barışıq hökuməti Tripolidə yerləşdiyi üçün liviyalı general hakimiyyəti ələ keçirmək niyyətindədir.

Qoşunların irəliləməsi barədə ziddiyyətli məlumatlar gəlsə də, bloqer Mustafa Dannoun yazır ki, ordu Tripolinin artıq beş kilometrliyində yerləşir. Eyni zamanda "AFP"nin müxbiri xəbər verir ki, Xəlifə Həftərin ordusu Tripolinin 27 kilometrliyindədir.
 
Dəqiq məlumdur ki, dünən feldmarşalın "Liviya Milli Ordusu" paytaxtdan 60 kilometr aralıda yerləşən Qaryan, Sabrata və Surman şəhərlərini ələ keçirib.
 
Liviyalı general orduya Tripoliyə daxil olmasını, dinc əhaliyə deyil, qarşıdurmaya girənlərə atəş açmaq əmri verib. Hazırda silahlı qarşıdurmalar barədə məlumat yoxdur.

Son məlumata görə, BMT-nin baş katibi Antonio Quterres Liviyanın Benqazi şəhərinə gəlib. O, hərbi hərəkətlənmədən və qarşıdurma baş verməsindən narahat olduğunu bildirib. Fransa, İtaliya, BƏƏ, Böyük Britaniya və ABŞ rəsmiləri tərəfləri Liviyada gərginliyin dərhal aradan qaldırılmasına çağırıblar.

Məqalədə : Liviya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 2-ci gününün duası - AUDİO

14

Aprel
20:00
MƏNƏVİYYAT
230

İran neft hasilatını artırır

14

Aprel
14:10
İQTİSADİYYAT
326

QMİ-nin televiziya kanalı fəaliyyətə başlayıb

14

Aprel
13:57
BÖLMƏNİ DÜZ SEÇ!
378

Sabahın hava proqnozu açıqlandı

14

Aprel
13:01
ÖLKƏ
326

Ramazan ayında and içmək orucu batil edirmi?

14

Aprel
11:53
MƏNƏVİYYAT
376

Azərbaycan nefti bahalaşıb

14

Aprel
10:48
İQTİSADİYYAT
412

Bitkoinin qiyməti yeni rekord qırdı

14

Aprel
10:37
DÜNYA
387

Azərbaycanda Ramazan ayı başladı

14

Aprel
09:36
ÖLKƏ
479

Neftin bahalaşması davam edir

14

Aprel
09:25
İQTİSADİYYAT
407

AMB-nin valyuta məzənnələri

14

Aprel
09:11
İQTİSADİYYAT
407

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
451

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
424
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-04-2021 08:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru