Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Aprel

2019
12:34
574
Mirvari Qəhrəmanlı Milli Məclisdəki qapalı toplantıdan danışıdı

Aprelin 3-də İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun Milli Məclisdə iclası keçirilib. Görüşdə prezidentin müşaviri Fuad Ələsgərov, Daxili İşlər Nazirinin müavini, Baş prokurorluq və Ədliyyə Nazirliyindən nümayəndələr eləcə də ölkənin tanınmış hüquq müdafiəçiləri iştirak edib. İclasın iki hissədən – mətbuat üçün açıq və qapalı olması maraq doğurub. Səhəri gün Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov toplantının mətbuat üçün açıq keçirilən hissəsi haqda açıqlama versə də, iclasın qapalı tərəfinə toxunmayıb. 

Maraqlıdır, əfv sərəncamının imzalaması ilə bir çox tanınmış siyasi məhbusların azad edilməsindən dərhal sonra bu iclasın keçirilməsi hansı səbəblərdən irəli gəlib, iclasın qapalı hissəsində ictimaiyyət üçün hansı maraqlı müzakirələr aparılıb?

İclasda iştirak etmiş tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı  Faktxeber.com-a qapalı görüşün bəzi məqamları haqda açıqlama verib. 

“Orada ölkənin ən tanınmış hüquq müdafiəçiləri – Novella Cəfəroğlu, Əliməmməd Nuriyev, Səadət Bənənyarlı, Arzu Abdullayeva və digərləri iştirak ediblər. Əsas müzakirə insan hüquqlarına, siyasi məhbusların taleyi ilə bağlı məsələlərə yönəldilmişdi. Bilirsiniz ki, hökumət siyasi məhbus terminini qəbul etmir, lakin hüquq müdafiəçiləri çalışırlar izah etsinlər ki, ölkədə siyasi məhbus problemi var. Hər birimizə danışmağa imkan yaradıldı. Xüsusən Novella Cəfəroğlu son əfvdən sonra ölkəmiz haqda yaranan müsbət imici Bayram Məmmədovun həbsi ilə yenidən sual altına düşdüyünü xatırlatdı. Düşünürəm ki, sözügedən gənc 30 günlük həbsini axıra qədər çəkməyəcək. Həbsdə qalan digər siyasi məhbuslarla bağlı əlavə sənədlər dövlət nümayəndələrinə təqdim edildi. Fuad Ələsgərovun sənədləri qəbul etməsi, iradlarımızı dinləməsi bizi çox sevindirdi”. 

Hüquq müdafiəçisi belə görüşlərin ən azı 3 aydan bir təşkil edilməli olduğunu, ictimai narahatlığa səbəb olan siyasi məhbus problemin ölkə daxilində həll etməyin vacibliyini xatırlatdı.

"Son görüşün nəticəsi olaraq növbəti əfv sərəncamının imzalanacağına ümid etmək olarmı” sualını cavablandıran hüquq müdafiəçisi bildirdi ki, bu dialoqun nəticəsi olaraq siyasi məhbuslar cari ilin sonuna qədər azadlığa çıxa bilər: “Əfv sərəncamı yolu ilə olmasa da, müxtəlif məhkəmə-hüquq prosedurları nəticəsində azadlığa qovuşacaqlarını düşünürəm”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
62

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
105
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 16:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru