Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Aprel

2019
12:24
993
Komitə sədrindən sığorta şirkətləri haqda SƏRT AÇIQLAMA

Dünyanın heç bir ölkəsində təbii fəlakətlər nəticəsində dəyən zərəri dövlət ödəmir. Bunun səbəbi sığorta sistemində kifayət qədər arxayınçılığın olmasıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, sığorta şirkətləri həmişə riskli məsələlərdən uzaqlaşırlar:

“Onlar pulları yığırlar, amma onların verilməsi məsələsində nə qədər çətinliklərlə üzləşirik. Bununla bağlı bizə şikayətlər daxil olur. Son 15 il ərzində dəyən ziyanı dövlətimiz öz üzərinə götürüb”.

Deputat bildirib ki, sığorta bazarını formalaşdıran insanlarda bir arxayınçılıq var:

“Onlar riskli sahələri sığorta etməkdən çəkinirlər. Pulları yığırlar, sığorta hadisəsi baş verəndə pul vermirlər. Bunlar ciddi məsələdir. Onun sözlərinə görə, sığorta bazarını formalaşdıran insanlarda belə bir arxayınçılıq yaranıb ki, baş verən təbii fəlakət, faciə zamanı məsuliyyəti dövlət öz üzərinə götürəcək və dəyən ziyanı ödəyəcək. Amma dünyanın heş bir ölkəsində belə bir praktika yoxdur. Sığorta şirkətləri pul yığrlar, ancaq sığorta hadisəsi zamanı vermirlər. Bu da nə qədər çətinliklər yaradır. Siz təsəvvür edin son 10-15 ildə nə qədər faciə olub. Təbii fəlakət baş verib və hamısının da məsuliyyətini dövlət öz üzərinə götürərək, dəyən ziyanı ödəyib. Belə olmaz. Baxın sonuncu yanğın zamanı da ölkə başçısı məsuliyyəti öz üzərinə götürərək ziyanı qarşıladı. Odur ki. sığorta bazarının inkişaf etməsi vacibdir. Bu sahədəki problemlərin aradan qaldırılması ilə bağlı dövlət qurumları, sığorta şirkətlərinin, deputatların, mütəxəssislərin birgə iştirakı ilə dinləmə keçirsək yaxşı olar”.(Modern)

Məqalədə : Ziyad Səmədzadə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1167

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
75

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
96

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
324

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
358
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 08:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru