Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Aprel

2019
12:13
1708
Vahid Əhmədov: `Ünvanlı yardım sahəsində problemlər var`

“Azərbaycanda ünvanlı dövlət sosial yardımı ilə bağlı şikayətlər həddindən çoxdur”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatın parlamentdə təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, yardımlar elektron qaydada təyin edilsə də, bu sahədə problemlər var: “Qubanın Xınalıq və Xaltan kəndlərində internet yoxdur. Orada yaşayanlar yardım üçün necə müraciət etməlidir?”

Bundan başqa, millət vəkili deyib ki, Azərbaycanda dövlət zəmanəti ilə verilmiş kreditlərin geri qaytarılmasında çətinliklər var: “Bu kreditlər vaxtında qaytarılmır”.

Parlament üzvü həmçinin Azərbaycan Dövlət Neft Fondunun gəlir və xərcləri ilə bağlı məlumatların Hesablama Palatasının hesabatına daxil edilməsini təklif edib.(Report)

Məqalədə : Vahid Əhmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
75
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 17:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru