Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2019
14:35
2194
Diş əti qanamasının qarşısını alan PƏHRİZ

Qinqivit və damaq iltihabı ilə bağlı olan bir sıra problemlərin qarşısını tərkibində çoxlu antioksidant, bitki mənşəli məhsullar olan, həmçinin minimum sayda şəkər və heyvan yağları təşkil edən pəhrizlə almaq mümkündür.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Journal of Clinical Periodontology jurnalında məqalə dərc olunub.

«Eksperimentlər göstərib ki, optimal pəhrizə keçməklə qinqivitlərdən azad olmaq, üstəlik sağlamlığı da düzəltmək olar», - deyə Almaniyanın Frayburq  Universitetindən  Yoxan Vyolber (Johan Woelber) bəyan edib.

Bu gün alimlərin çoxu hesab edir ki, pəhriz və ayrı-ayrı  qida məhsulları nəinki insanın çəkisinə, həmçinin beynin, damarların, ürəyin və insan orqanizminin əsas orqanlarına təsir qoyur.

Məsələn, zeytun yağından və dəniz məhsullarından istifadə etmək insanın infarkt, yaxud insultdan ölmə şansını çox azaldır, qidada duzdan həddindən artıq istifadə etmək isə , əksinə, ürək və dammara mənfi təsir göstərir. Tipik Qərb pəhrizi öz növbəsində xroniki iltihamlara və bağırsaq şişlərinə səbəb olur.

Vyolber  və həmkarları qinqivitdən əziyyət çəkən 30-a yaxın könüllü üzərində təcrübə apararaq sağlam qidalanmanın damaq-dişlərə təsir göstərən pəhrizlə xroniki xəstəliklər arasında qeyri-adi əlaqəni açıblar. Onların hamısı tipik qərb yeməkləri ilə qidalanıblar, heç bir zərərli vərdişləri və ya diabeti olmayıb.

Alimlər ehtimal ediblər ki, qinqivit digər iltihabı xəstəliklər kimi  təkcə dişlərə düzgün olmayan qulluq və ya zərərli vərdişlərə görə yox, həmçinin ağız boşluğu mikroflorasının  işinin pozulması ilə əlaqədardır.

Onlar bu nəzəriyyəni yoxlamaq üçün könüllüləri 2 qrupa bölərək, onlardan birini antioksidantlarla, omeqa 3 turşuları, vitaminlərlə zəngin və şəkərsiz, heyvan yağı olmayan pəhrizə keçmələri üçün xahiş ediblər. Həkimlər hər həftə onların dişlərinin yoxlayır, həmçinin sağlamlıqlarında olan dəyişikliyə baxırdılar.

6 aydan sonra alimlər eksperimentin yekunlarına baxdılar və müəyyənləşdirdilər ki, yeni pəhriz təkcə dişlərin vəziyyətini 20 faiz yaxşılaşdırmaqla qalmayıb, həmçinin qanaxmaların təkrarlanmasını 15 faiz və iltihab sahəsini isə 13 faiz azaldıb.

Bundan başqa eksperiment iştirakçıları 1,5 artıq çəki itiriblər, ürək-damarlarının işində yaxşılaşmalar müşahidə olunub.

Bütün bunlar göstərir ki, Diş-damaq problemi olan insanlar təkcə ağız boşluğu gijgiyenasına fikir verməməli, həmçinin pəhriz dəyişmək barədə düşünməlidir.

Məqalədə : diş əti damaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
261

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
175

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
206

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
238

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
269

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
258

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
831

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
636
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 04:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru