Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2019
09:41
1850
AİP Qadınlar Şurası “Məbəs günü” ilə bağlı tədbir keçirdi - FOTO

AİP Qadınlar Şurası, Əsgər Analarına Dəstək İctimai Birliyi və eyni zamanda “Fatimə Heyəti” BMM-də “Məbəs günü” ilə bağlı tədbir keçirib. Əziz İslam peyğəmbərin (s) peyğəmbərliyə seçildiyi, həmçinin Quran ayələrinin nazil olduğu mübarək günə diqqətin ayrılması, həmçinin “Aprel döyüşlərinin” il dönümün anılması məqsədi ilə AİP Qadınlar Şurası, Əsgər Analarına Dəstək İctimai Birliyi və eyni zamanda “Fatimə Heyəti” sədri Kəklik xanımın Heydərzadənin təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) inanclı və vətənpərvər xanımların iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AİP-in Qadınlar Şurasının sədri Növrəstə İbrahimaova öncə tədbir iştirakçılarını salamlayıb, Azərbaycan xanımlarını, o cümlədən dünya müsəlmanlarını bu mübarək gün münasibəti ilə təbrik edib. Həmçinin bu günlərdə “Aprel döyüşlərinin” il dönümü olduğunu vurğulayan Növrəstə xanım İslamin cəmiyyətə aşıladığı vətən, şəhadət və bu kimi məfhumların həyatımızdakı əhəmiyyəti rolundan danışdı:

"Bu gün bütün dünyaya müjdəçi olan, peyğəmbərlik silsilsinə ilahi möhür vuran, bəşərin ən üstünü olan Həzrəti Muhəmməd (s)-a Həra dağında ilk vəhyin nazil olduğu gündür.  Mən istəyirəm bu gün səsimi Quran və Əhli-Beyt (ə) sevərlərə, İslam dininə xidmət edənlərə çatdıram. Bu gün bizim üçün mübarək bir gündür. Həmçinin bununla yanaşı bu günlər bizim üçün hüzünlü günlərdir. Çünki biz “Aprel döyüşləri”ində şəhid olan övladlarımızın anım günlərini də qeyd edirik, həm də Kəlbəcərimizin acısını yaşayırıq. Bu günlər ilahi təqdirlə üst-üstə düşüb. Xatırladım ki, Xanın Fatimə (s.ə)-nin da mövludu günü də Xocalı faciəsi ilə üst-üstə düşmüşdü. İnanırıq ki, bunda da bir ilahi hikmət vardır. Çünki biz məhz İslamın bizə aşıladığı vətən, şəhadət hisləri ilə torpaqlarımızı düşmən əlindən azad edəcəyik. Biz şəhidlərimizi İslamin bizə öyrətdiyi şəhadət iftixarı ilə son mənzilə yola salırıq. Biz əminik ki, bütün şəhidlərimiz və xüsusilədə aprel şəhidlərimiz Hz.Muhəmməd və Ali-Muhəmmədin (s)məktəbini dərk etdilər və elə buna görədə cavan canlarını hər şeydən qiymətli olan vətənə qurban verdilər!"

Tədirdə digər xanımlar da çıxış edərək bu mübarək günün əhəmiyyətindən və cəmiyyətimizin düzgün istiqamətdə tərbiyələnməsindəki əvəz edilməz rolundan danışdılar.

Sonda xanım qonaqlara çiçəklər hədiyyə edildi./İslaminSesi

Məqalədə : Məbəs günü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
748

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
816

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1557

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
227

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1809

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
854

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
305

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
249

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
311

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
253
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 08:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru