Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2019
14:43
Bakı-Sumqayıt qatarının yeni stansiyası açılacaq

Bakı-Sumqayıt sürətli sərnişin qatarının yeni stansiyası açılacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın məlumata görə, Prezident İlham Əliyev 2018-ci ilin mart ayında “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulmasına başlanıb.

Nərimanov dəmir yol stansiyasında da yenidənqurma və əsaslı təmir işləri aparılıb. Stansiyanın yaxın zamanda istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, Nərimanov stansiyası Bakı-Sumqayıt dəmir yolu xəttinə daxildir. Dairəvi yolda 14 stansiya olacaq. İlin ortasına yaxın ikinci xətdən Koroğlu stansiyasından keçməklə Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məhəmmədli, Fatmayi, Novxanı stansiyalarının açılışı nəzərdə tutulur. Bununla da, bu ərazilərdə yaşayan 30 minə yaxın sakin elektrik qatarlarının xidmətindən istifadə edə biləcək. Bu yolda 7 cüt qatar işləyəcək.

Gələcəkdə Bakı-Sumqayıt sürətli sərnişin qatarının Nərimanov stansiyasında da dayanması planlaşdırılır.

Məqalədə : Bakı Sumqayıt 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
21038

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19628

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20987

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20548

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
26076

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20541

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20711
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2020 00:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru