
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xətai rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir.
Agentlikdən FaktXəbər-ə verilən məlumata görə, işlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.
Cari ilin əvvəlindən rayon üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 2 km uzunluğa malik 2 küçənin 40 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb.
Bu uzunluğu 0.8 km, köməkçi yolları ilə barabər ümumi eni 44 metr olan Neapol küçəsi və 1.2 km uzunluğunda, 6 metr enində olan “NZS” qəsəbəsinin Levanovski küçəsidir.
Sadalanan küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb, yağış barmaqlıqları yenilənib, mövcud piyada səkiləri bərpa olunub, yolayrıcı inşa olunub.
Hazırda isə təmir-tikinti işləri Xətai rayonu üzrə ümumi uzunluğu 5.2 km olan 3 küçədə təmir-tikinti işləri davam etdirilir. Təmir olunan ərazinin sahəsə 80 min kv.m-ə yaxındır.
Bu 3.2 km uzunluğa, 19 metr enə malik Mehmandarov küçəsi, həmçinin “NZS” qəsəbəsinin 900 metr uzunluğunda olan Aşıq Qurban və 1.1 km uzunluğunda olan Mingəçevir küçələridir.
Sözügedən küçələr ümumi istifadədə olan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçələrdir ki, xüsusən payız-qış mövsümündə küçələrlə vətəndaşların hərəkətində problemlər yaşanırdı. İşlərin aparılması ilə bu problemlər aradan qalxır.
Belə ki, sadalanan küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir və bunun ardınca asfaltlanma işləri aparılır.
İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 8 km-ə yaxın uzunluğa malik 6 küçənin təqribən 90 min kv.m sahəsində təmir-tikinti işlərinə start veriləcək.
Bu, “NZS” qəsəbəsində 2 km uzunluğa malik Süleyman Əhmədov və Oqtay Vəliyev küçələri, Əhmədli qəsəbəsində 3 km uzunluğa malik Şahin Səmədov, “7-ci qəsəbə küçəsi” və Aşıq Ələsgər küçələri, həmçinin 2.8 km uzunluğunda olan Naximov küçəsidir.
Təmiri aparılan və nəzərdə tutulan küçələr Xətai rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 09:51 Bakı metrosunun 29 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər öldü
- 19-06-2020 12:02 Badamdar yamacında sürüşmənin qarşısını almaq üçün tədbirlərə başlanıb
- 19-06-2020 10:34 Fərqlənmə nişanı yalnız hüquqi şəxslərə verilir - BNA
- 19-06-2020 10:25 Azərbaycanda bütün qatarlarda “WiFi” olacaq
- 19-06-2020 09:41 BŞİH-dən xəbərdarlıq: Küçələr güclü kimyəvi maddələrlə dezinfeksiya olunacaq
- 18-06-2020 10:57 Bakı metrosunda sərnişinlər üçün YENİLİK
- 18-06-2020 10:44 BTQ ilə yeni növ yüklərin nəqlinə başlandı
- 17-06-2020 12:00 Taksidən istifadə edən şəxsin ön oturacaqda əyləşməsi məsləhət görülmür
- 17-06-2020 11:16 Hacıqabul-Muğan avtomobil yolu yenidən qurulur
- 17-06-2020 10:36 Sabahdan Bakı-Naxçıvan reysi üzrə uçuşlar bərpa olunur
- 16-06-2020 12:00 Salyanda yol tikintisinə 5.6 milyon manat ayrılıb
- 13-06-2020 14:25 Bakıdan rayonlara avtomobillərin buraxılmaması böyük tıxac yaratdı
- 12-06-2020 17:56 Xüsusi karantin rejimi tətbiq olunan rayonlardan keçərkən avtomobili saxlamaq qadağandır
- 12-06-2020 17:51 Sərt karantin tətbiq edilən rayonlardan keçmək mümkün olacaq
- 12-06-2020 17:29 DYP: İcazə portalında adı olanlar avtomobillərində ailə üzvlərini gəzdirməməlidir
- 12-06-2020 16:49 Bakı-Sumqayıt istiqamətində xəttə əlavə avtobuslar verildi
- 12-06-2020 15:51 Ekspres xətlər bağlanır: Avtobuslar isə yenidən sərnişinlərin xidmətində olacaq
- 12-06-2020 15:26 Dəmir yolu qatarlarında kondisionerlər işləyəcəkmi?
- 11-06-2020 18:00 Naxçıvana uçuşların vaxtı açıqlandı
- 11-06-2020 17:53 İyulun 1-dək beynəlxalq uçuşlar qadağandır - RƏSMİ
- 11-06-2020 17:23 Hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar təsdiqləndi
- 11-06-2020 17:15 BNA: “BakuBus”-a həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq
- 11-06-2020 15:09 “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu genişləndirilir
- 11-06-2020 14:19 Bakı-Sumqayıt elektrik qatarları iki gün hərəkətdə olmayacaq
- 11-06-2020 12:16 Prezident Binəqədinin yolları ilə bağlı sərəncam verdi