Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2019
12:33
1480
Qaynar çaya sevgi XƏRÇƏNG yaradır

Mütəmadi olaraq 60 dərəcə Selsidən artıq temperaturu olan çay içmək xərçəng riskini 90 faiz artırır. FaktXeber.com-un məlumatına görə, Tehran Tibb Universitetinin  alimlər qrupunun bu barədə apardığı araşdırma International Journal of Cancer jurnalında dərc olunub.

Araşdırmaçılar İranın şimal şərqində 50 mindən artıq sakinin məlumatlarını analiz ediblər. Araşdırma başlayanda – 2004-2008-ci illərdə bu insanların 40-75 yaşı olub. Orta hesabla 10 il müddətində onlar barədə informasiyalar toplanıb. Bu müddət ərzində 317 nəfərdə qida borusunun xərçəngi aşkarlanıb.

Hesablamalar göstərib ki, gündə temperaturu 60 dərəcə selsidən aşağı və azı 700 ml çay içənlərlə müqayisədə çox qaynar çayı seçənlər (temperaturu 60 dərəcədən yuxarı olan) və çox içənlərdə (700 ml çaydan artıq) qida borusu xərçənginə tutulma riski 90 faiz çoxdur.

«İnsanların çoxu çay, qəhvə və digər qaynar içkilərdən həzz alırlar. Lakin araşdırmalar zamanı məlum olub ki, çox qaynar içkilərə sevgi ölümlə nəticələnə bilər. Buna görə, içməzdən əvvəl onun bir az soyumasını gözləmək tövsiyə edilir», - deyə araşdırmanın aparıcı  müəllifi  Fərhad İslami bildirib.

Məqalədə : xərçəng 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
372

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
463

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
510

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
988

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
599

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
578
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 20:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru