Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2019
10:58
3011
Ərdoğan Türkiyənin 2 böyük şəhərində niyə uduzdu? - ANALİZ

Martın 31-də Türkiyə Cümhuriyyətində bələdiyyə seçkiləri keçirildi. Son üç seçkidən fərqli olaraq İstanbul şəhərində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu hakim AK Partiyanın namizədi, Türkiyə Böyük Millət Məclisinin kesmiş sədri Binəli Yıldırıma qalib gəlib. Türkiyənin paytaxtı Ankarada da CHP-dən olan namizəd uğur qazanıb. 

Qonşu ölkədə keçirilən seçkiləri və AK Partiyanın Türkiyənin iki böyük şəhərində məğlubiyyətini politoloq Fərhad Mehdiyev FaktXəbər-ə şərh edib. 

Müsahibmiz Faktxeber.com-a açıqlamasında bildirdi ki, Türkiyədə son 15 ildə seçkiləri qazanan Ədalət və İnkişaf Partiyasının(AK Partiya) son uğursuzluğu əsas iki faktorla əlaqəlidir: daxildə baş verən iqtisadi problemlər və Türkiyə iqtidarının apardığı xarici siyasət kursu.

“AK Partiya üçün seçkinin nəticələri gözlənilməz olmadı. Son bir neçə ildə Türkiyədən çox ciddi investisiya axışı oldu. Səbəb isə demokratik dövlətinin əsasını təşkil edən müstəqil məhkəmələrin olmaması idi. İnvestisiyanın təminatı birinci şərtdir. Ərdoğan dəfələrlə öz çıxışlarında Konstitusiya Məhkəməsinin qərarlarına hörmət göstərmədiyini açıq izhar edib. Avropa məhkəməsinin bir çox qərarı Türkiyə məhkəmələri tərəfindən icra edilməyib.

Digər tərəfdən, misal üçün sizə Meral Akşenerin Ərdoğana ünvanladığı, “Toplumu bölməkdən vaz geç” cümləsini misal çəkə bilərəm. Ərdoğan hər çıxışında mütləq kiməsə yüklənir; HDP-yə, CHP-yə və sair. Ümumiyyətlə, nifrət danışıqları bəzi siyasətçilərin istifadə etdiyi manipulyasiya vasitəsidir. Belə olduğu halda, seçici gündəlik qayğılarını kənar qoyub, düşmən axtarışına çıxır. 

Ərdoğanın digər populistik çıxışları kredit sahəsi ilə bağlıdır. Prezident bildirir ki, hər ailə quran və biznes yaratmaq istəyən gəncə 50 min TL kredit verəcəm, verirdi də. Əlbəttə, qısa zaman kəsiyində siyasətdə atılan belə addımlar səs gətirə bilər, amma uzun perspektiv üçün bu iqtisadiyyata parçalayıcı və dağıdıcı zərbə vurur. Büdcədən çıxarılan böyük pulların əvəzi oraya daxil olmur. Belə olduğu halda, məcbur qalıb vergini artırırsan. Ərdoğan Mərkəzi Bankın siyasətinə müdaxilə edib, dolların faizini endirməyə çalışırdı və xarici investisiyanın ölkəni tərk etmə səbəbindən ölkəyə valyutanın girişi azalırdı. Türkiyənin xarici borcuna diqqət edin, 400 milyon keçib”.

Politoloq irəli sürdüyü iqtisadi problemlərin əsas səbəbini isə xarici siyasətlə əlaqə olduğunu xatırladaraq, Türkiyənin Avropa Birliyi ilə yaşadığı böhranı, Azərbaycan dövləti ilə apardığı məhbus mübadilələrini və amerikalı rahib Endryü Branson krizisi zamanı ABŞ-la yaşadığı gərginliyə diqqət çəkdi:

“Xatırlayırsınızsa, Donald Tramp rahib Branson qalmaqalında Türkiyə hakimiyyətini sanksiyalarla hədələyirdi. ABŞ S-400 raketləri ilə bağlı Türkiyəyə ciddi xəbərdarlıq etdi. Çünki Türkiyənin Rusiyadan S-400 alması NATO sistemində çox ciddi boşluğa səbəb olacaq. Qonşu ölkə regionda ciddi nüfuz sahibinə çevriləcək. Sözsüz ki, Ərdoğan da bu məsələlərdə çox israrlı görünür”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

20

May
11:06
HÜQUQ,HADİSƏ
1060

Tovuzda 5 nəfər qidadan zəhərlənib

20

May
10:52
HÜQUQ,HADİSƏ
49

Bakıda DƏHŞƏTLİ QƏTLLƏR

20

May
10:07
HÜQUQ,HADİSƏ
129
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 12:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru