Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2019
10:34
Azərbaycan Ordusu komandirlərinin toplantısı keçirilib

Azərbaycan Ordusunun döyüş hazırlığı planına əsasən, hərbi hissə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə metodiki toplantı keçirilib.

Bu barədə FaktXəbər-ə Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ötən ildə hərbi bölmələrdə ideoloji iş və mənəvi-psixoloji təminat fəaliyyətinin, eləcə də ictimaiyyətlə əlaqələr işinin hərbi qanunvericilik aktlarının tələblərinə uyğun təşkil olunduğunu qeyd edərək bildirib ki, bu fəaliyyətlər Müdafiə nazirinin tələblərinə əsasən daim diqqət mərkəzində olmalıdır.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev də 2018-ci tədris ili ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın yüksəldilməsi və digər sahələrdə görülmüş işlər, eləcə də 2019-cu tədris ilində qarşıda duran vəzifələr barədə ətraflı məruzə ilə çıxış edib.

Sonra Azərbaycan Ordusunda ideoloji işin təşkili, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində komandir heyətinin vəzifələri, dövlət sirrinin qorunması, hərbi xidmət təhlükəsizliyinin təmin edilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlıq səviyyəsinin artırılması, hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi və psixoloji əməliyyatlar mövzularında məruzələr dinlənilib.

Sonda zabit heyətinə müvafiq tövsiyələr verilib.

Məqalədə : Azərbaycan Ordu komandir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43559

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41870

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43522

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43012

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48497

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43000

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43435
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-09-2020 04:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru