Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2019
09:23
301
Dövlət Gömrük Komitəsi açıqlama yayıb

Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi (DGK) və onun səlahiyyətli şəxslərinin fəaliyyətinə kölgə düşürən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Bu barədə DGK-nın açıqlamasında bildirilir.

“Özünü iş adamı kimi təqdim edən Hidayətov Təyyar Hidayət oğlunun həmin məlumatlarda da etiraf etdiyi kimi, ixrac etdiyi kənd təsərrüfatı məhsulunun dəyəri müqabilində vəsaiti ölkəyə müvəkkil banklar vasitəsilə qaytarmayıb və gömrük orqanlarının vəsaitin qanunla müəyyən edilən formada geri qaytarılmasına dair tələbinin yerinə yetirilməsinin mümkün olmadığını iddia edir.

Digər bir iddia isə ondan ibarətdir ki, guya, ixrac edilən malların invoys dəyəri gömrük orqanları tərəfindən məcburi qaydada artırılır və bununla da sahibkar əlavə vəsaitlər itirir.

DGK bildirir ki, ölkə ərazisində idxal-ixrac əməliyyatları qüvvədə olan normativ-hüquqi aktlara əsasən həyata keçirilir və həm sahibkarlıq fəaliyyətilə məşğul olan şəxslər, həm də qanunun keşiyində duran dövlət məmuru qanunvericilik aktlarının aidiyyəti üzrə düzgün tətbiqinə məsuliyyət daşıyır.

Ölkə prezidentinin 24 iyun 1997-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində ölkədəki müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.

Əks halda, həmin şəxslər üçün İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsinin və yaxud Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun cəza tətbiqi nəzərdə tutulur.

İXM-nin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və ölkənin müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan 20 000 manata qədər xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30%-dən 50%-nə qədər məbləğdə cərimə tətbiq edilir.

Cinayət Məcəlləsinin 208.1-ci maddəsinə əsasən, təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və qanunvericiliyə müvafiq olaraq ölkənin müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda (xeyli miqdar dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin 20 min manatdan çox, lakin 30 min manatdan artıq olmayan məbləği) xarici valyuta vəsaitlərini xaricdən qaytarmamasına görə 3 ilə qədər müddətə azadlığın məhdudlaşdırılması və yaxud 3 ilə qədər müddətə azadlıqdan məhrum etmə və 208.2-ci maddəsinə əsasən, eyni əməllər, külli miqdarda (30 min manatdan artıq) törədildikdə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, Hidayətov Təyyar Hidayət oğlu 2017-ci ilin fevral ayının 2-dən 2018-ci ilin sentyabr ayının 30-na qədər ölkədən çıxardığı ixrac mallarının dəyəri müqabilində 15 664 596,94 ABŞ dolları məbləğində vəsaitin ölkədəki müvəkkil bankda olan hesablaşma hesabına qanunla müəyyən olunmuş müddət ərzində köçürülməsini təmin etməyib. Yəni, ixrac etdiyi mallara görə əldə etdiyi vəsaiti qanuna əsasən faktiki olaraq geri qaytarmayıb.

Həmin şəxsin ixrac etdiyi malların invoys dəyərinin guya gömrük orqanları tərəfindən artırıldığına dair iddialarına gəlincə isə, 2017-2019-cu illər ərzində T.Hidayətov tərəfindən təqdim edilmiş müvafiq təsdiqedici sənədlər əsasında 5 ölkəyə (Belarus, Rusiya, Gürcüstan, Türkmənistan və Ukrayna) ümumilikdə 1 706 379,3 dollar dəyərində Azərbaycan mənşəli təzə narın ixracı həyata keçirilib.

Qeyd olunan ölkələrdən yalnız Rusiya Federasiyasına göndərilən təzə narın 1 kq-nın invoys dəyəri 1,80 dollar olaraq T.Hidayətov tərəfindən bəyan edilməklə rəsmiləşdirilib.

Digər ölkələrə ixrac olunan təzə narın 1 kq-nın invoys dəyəri isə 0,2-1 dollardır və gömrük orqanlarının malların invoys dəyərinin artırılması tələbinə dair iddialar həqiqətə uyğun deyil.

Onu da qeyd edək ki, T.Hidayətov DGK-nın aidiyyəti strukturunun məsul əməkdaşlarının iştirakı ilə gömrük xidməti general-mayoru Mirqasım Vahabov tərəfindən qəbul olunaraq, bütün etik normalara riayət edilməklə dinlənilib və ixrac malları müqabilində 15 664 596,94 dollar məbləğində valyuta vəsaitinin müvəkkil bankdakı hesablaşma hesabına bərpası barədə mövcud qanunvericiliyin tələbləri ona izah edilib. Lakin sahibkar dövlət orqanının haqlı tələbini hələlik yerinə yetirməkdən imtina edərək əsassız iddialar irəli sürür.

Üstəlik, özünün ifadə etdiyi kimi, "formal xarakterli" müqavilə əsasında deyil, qanunauyğun şəkildə fəaliyyət göstərəcəyi təqdirdə ixrac etdiyi malların gömrük dəyərinin 3%-i qədər vəsait dövlət tərəfindən qanunvericilikdə nəzərdə tutulan stimullaşdırıcı tədbirlər çərçivəsində, təsdiqedici sənədlərə əsasən, ixrac təşviqi kimi onun ölkədəki bank hesabına köçürülə bilərdi.

DGK bir daha bildirir ki, qanuni fəaliyyət göstərən xarici iqtisadi fəaliyyət iştirakçıları daim gömrük orqanları tərəfindən dəstəklənir, bilərəkdən qanunlardan yayınmağa çalışanlara qarşı isə qanunvericiliyə uyğun şəkildə tədbirlər görüləcək”, - deyə açıqlamada qeyd olunub. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
289

Azərbaycanda yeni neft-qaz yataqları axtarılacaq

24

May
14:31
İQTİSADİYYAT
1262

Məşhur şirkətdən "Huawei"yə zərbə

24

May
14:26
İQTİSADİYYAT
660

Milli Oftomologiya Mərkəzi Şəkidə də açılacaq

24

May
14:21
AİLƏ, SAĞLAMLIQ
791

Sabahın hava proqnozu açıqlanıb

24

May
12:55
ÖLKƏ
1427

Qədr gecəsində nə etməli?

24

May
12:44
RAMAZAN AYI
1381
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 15:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru