Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2019
09:11
396
Qaşıqçının uşaqları Səudiyyədən pul kompensasiyası alıb

Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalist Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar onun övladlarına kompensasiya qismində daşınmaz əmlak və aylıq ödəniş ayırıb. FaktXəbər bildirir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.
 
Nəşrin yazdığına əsasən, Qaşıqçının övladlarına milyonlarla dollar dəyərində mülk və külli miqdarda ödəniş təqdim olunub.

Səudiyyə rəhbərliyi bu ödənişlər müqabilində Camal Qaşıqçının ailə üzvlərindən rejim əleyhinə heç bir bəyanat səsləndirməməyi istəyib.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğuna gedəndən sonra yoxa çıxıb. O, boşanma haqqında sənəd almaq üçün konsulluq binasına girib. Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə, Qaşıqçı binada Səudiyyə Ərəbistanından gələn xüsusi qrup tərəfindən öldürülüb. Daha sonra onun başı kəsilib, bədəni parçalanıb və xüsusi çamadanda konsulluq binasından çıxarılıb.

Məqalədə : Camal Qaşıqçı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Amerika dolları ucuzlaşdıra bilər - SƏBƏB

26

İyun
21:20
İQTİSADİYYAT
1146

Türk futbolçu "Bavariya"da

26

İyun
18:28
İDMAN
1458

"Piramida plaza"da yanğın - VİDEO

26

İyun
18:19
HÜQUQ,HADİSƏ
1977

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2060

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2162

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1847

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
587

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
157
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 22:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru