Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2019
15:11
1032
Bu gün İmam Kazimin (ə) şəhadət ildönümüdür

İmam Museyi Kazim əleyhissalam 128-ci Hicri-qəməri ilinin Səfər ayının yeddisi, bazar günü Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə Həmidə adlı bir xanımdan dünyaya gəlib və 21 yaşında ikən İmamlığa çatıb.

Bu barədə Әbubəsir belə demişdir: İmam Cəfər Sadiq (ə) ilə birlikdə həccə gedirdik ki, Әbvaya çatdıq. Səhər yeməyimizi yedikdən sonra İmama xəbər verdilər ki, Allah sizə bir oğlan uşağı əta etmişdir. Həzrət sevincək qalxıb xanımı Həmidənin yanına getdi. Bir azdan sonra gülə-gülə qayıdan İmam bizə belə buyurdu: "Allah mənə ən yaxşı hədiyyəsi olan bir uşaq əta edib." 

Həzrət (ə) Mədinəyə qayıtdıqdan sonra üç gün ehsan verərək bütün yoxsulları ehsan məclisinə dəvət etdi. 

O həzrət atası İmam Sadiq əleyhissalamın sayəsində tərbiyə alaraq dini məsələləri o həzrətdən dərindən öyrənmişdi.   

İmamın cismi cəhətdən arıq olmasına baxmayaraq, ruhi baxımdan olduqca güclü idi. Paltarının altından köhnə köynək geyər, daim piyada gedər, həmişə xalqa qarşılaşdığı insanlara salam verər, hörmət göstərərmiş. Həzrət həmişə yoxsulların fikrini çəkər, gecələr gizlicə ərzağı yoxsul ailələrin evinə aparar, onlardan bəzisinə aylıq maaş verərdi...   

İmamın dostlarında biri o həzrətin səbir və dözümü barədə belə demişdir: "Həzrət həmişə öz nümunəvi əxlaqı ilə düşməni utandırardı. Mədinədə bir kişi var idi ki, hər vaxt İmamı görəndə qabağını kəsib onu söyərdi. Bir gün İmamın dostları "icazə ver onu tənbeh edək" - söylədikdə, İmam (ə) buyurdu: "Onunla işiniz olmasın və ona toxunmayın". Artıq bu söhbətdən bir neçə gün keçmişdi, lakin həmin kişidən bir xəbər çıxmadı. İmam (ə) onun halını soruşduqda, dedilər: Mədinə çölündəki tarlasına gedib. Bunu eşidən İmam (ə) da həmin tarlaya getdi. Həmin kişi İmamı görən kimi uzaqdan səslənib dedi: Mənim tarlama girmə. Mən səni və sənin ata-babanı özümə düşmən sayıram. İmam (ə) ona yaxınlaşıb salam verir, kefini soruşduqdan sonra mehribanlıqla ona belə buyurur: «Bu tarlaya nə qədər xərcləmisən?» Kişi dedi: Yüz dinar. İmam soruşdu: «Nə qədər gəlirin olacağına ümid edirsən?» Kişi dedi: İki yüz dinar. Həzrət (ə) içində üç yüz dinar olan bir kisəni çıxardıb ona verdikdən sonra buyurdu: "Bu pulu al, tarlan da özünə qalsın".  

İllər boyu həzrəti təhqir edən kişi belə bir şeyi gözləmirdi. Elə buna görə də utanıb İmamın əlindən öpdü və ondan üzr istədi. İmam (ə) Mədinəyə qayıtdıqdan sonra "Şərri özünüzdən belə uzaqlaşdırın", - deyə buyurdu. Elə buna görə də İmam Kazimə (ə), "qəzəbləndiyi zaman narahatçılığını büruzə verməyən" ləqəbi verilmişdir. O həzrət (ə) bütün pislik və yamanlıqların qarşısında yaxşılıq edərək düşmənlərini utandırardı. İmam (ə) öz qohumlarına məhəbbət bəsləyər və belə buyurardı: "Qohumların arasında nə qədər düşmənçilik olsa da əgər bir-birləri ilə qarşılaşdıqları zaman əl verib görüşsələr, düşmənçilikləri aradan qalxar və hamısı dinclik və şadlıq hissi keçirər."

İmam Museyi Kazim əleyhissalam əliaçıqlıq və səxavət baxımından xalq arasında məşhur idi. Belə ki, bir dəfəyə min nəfər qulu azad etdirmiş və dar gündə onlara əl tutaraq onların borcunu ödəyirdi. İbni Şəhraşub belə nəql edir: "Bir gün Mənsur İmam Museyi Kazim əleyhissalamı saraya çağırtdırıb əmr etdi ki, Novruz günü orada oturub gətirilən hədiyyələri təhvil alsın. İmam bu işə həvəsi olmasa da çarəsiz qalıb qəbul etdi. Rəsmi salam mərasimində iştirak edən böyüklər və zadəganlar Mənsurun əmri ilə hədiyyələri o həzrətə təhvil verirdilər.

Bir nəfər də Mənsurun tərəfindən orada durub gətirilən hədiyyələri siyahıya alırdı. Axırda bir qoca kişi gəlib dedi: "Ey Peyğəmbər övladı! Mənim dünya malından hədiyyə etmək üçün heç bir şeyim yoxdur. Amma baban Hüseyn əleyhissalamın müsibətinə dair bir şer yazıb sənə hədiyyə gətirmişəm. Qoca kişi yazdığı şeri oxudu, onun bu şeri İmama çox təsir etdi. Həzrət (ə) Mənsurun məmuruna əmr etdi ki, get Mənsurdan soruş gör bu hədiyyələrlə nə edəcək? Məmur gedib qayıtdıqda İmama dedi: "Әmir deyir ki, hədiyyələrin hamısını sizə bağışladım, istədiyiniz adama verə bilərsiniz. Həzrət (ə) yoxsul qoca kişiyə tərəf dönüb buyurdu: "Babam Hüseynin müsibətlərinə dair yazdığın şerə görə bu hədiyyələrin hamısını sənə bağışlayıram ki, yoxsulluqdan qurtarasan."

Məqalədə : İmam Kazim 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
42

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
303

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
136

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
60

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
124

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
53
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 23:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru