Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2019
09:06
409
Bu gündən sosial müavinətlərin məbləği artır

Bu gündən sosial müavinətlərin məbləği artır.

Aprelin 1-dən artımlar tətbiq olunmaqla, yeni təqaüd növləri də təsis olunacaq. Eyni zamanda, artırılmış sosial müavinət və təqaüdlər elə aprel ayında yeni artımla birgə veriləcək, yeni təqaüd növlərinin də ödənişi də aydan təmin ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli sərəncamına uyğun olaraq, 14 kateqoriya üzrə sosial müavinətlərin və 7 kateqoriya üzrə Prezident təqaüdlərinin orta hesabla 100 faiz artırılması, həmçinin 2 kateqoriya üzrə yeni Prezident təqaüdlərinin təsis edilməsi üçün müvafiq normativ aktlar hazırlanaraq aiddiyatı üzrə təqdim edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirmişdi ki, sərəncam ən həssas kateqoriyalardan olan 600 minədək vətəndaşı, o cümlədən əlilliyi olan 300 min şəxsi əhatə edəcək. O, sosial müavinətlərin və təqaüdlərin artırılması, həmçinin yeni təqaüdlərin təsis olunması üçün illik əlavə olaraq 400 milyon manat vəsait ayrılacağını bildirib.

Sərəncam ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasını, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsini nəzərdə tutur.

Sərəncama uyğun olaraq, sosial müavinətin məbləği yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manatdan) 150 manata, II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 61 manatdan) 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata çatdırılır. Həmçinin sosial müavinətin məbləği valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) üçün 61 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin isə 146 manatdan 300 manata qaldırılır.

Sərəncam, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradıb. Sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi yer alıb. Habelə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, o cümlədən döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilir.

Dövlət başçısının Sərəncamı ilə müharibə əlillərinə də Prezidentin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 182 manatdan 250 manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə 121 manatdan 210 manata çatdırılması təmin ediləcək. Həmçinin sənəd əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Prezidentin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) də şamil olunmasını və bu təqaüdün məbləğinin 73 manatdan 100 manata çatdırılmasını nəzərdə tutulur. 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği hazırda 121 manatdır ki, bu məbləğin də 150 manata çatdırılması sərəncamda əksini tapır.

Məqalədə : müavinət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
948

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2097

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2687

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
70

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
777

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4045

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
65

Boeing-in zavodu sifarişsiz qalıb

18

İyun
14:18
DÜNYA
1838

Ağstafadakı qətliamın DƏHŞƏTLİ VİDEOSU YAYILDI

18

İyun
13:40
HÜQUQ,HADİSƏ
2481

Sabahın hava proqnozu açıqlanıb

18

İyun
12:58
ÖLKƏ
3326

Azərbaycan BMT-yə hesabat verəcək

18

İyun
12:42
ÖLKƏ
2051

Fuad Abbasov həbsi haqda danışdı - Səs yazısı

18

İyun
12:34
HÜQUQ,HADİSƏ
1484

Mişel Platini Fransada həbs olundu

18

İyun
12:21
İDMAN
2991
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 17:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru