Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2019
11:22
İnquşetiyada öz xalqına qarşı güc işlətməyən 19 polis vəzifəsindən azad edildi

İnquşetiyada gərginlik davam edir. 

Faktxeber.com Rusiya KİV-lərinə istinadən məlumat verir ki, 27 martda paytaxt Maqasda keçirilən aksiyanın gedişatında etirazçıları dağıltmaq əmrindən boyun qaçıran 19 nəfər Daxili İşlər Nazirliyinin əməkdaşı "etimadın itirilməsi" maddəsi ilə güc strukturlarından uzaqlaşdırılıb. 

Hadisə haqda ilk məlumatı inquş əsilli ictimai fəal və vəkil Kaloy Axilqov ictimailəşdirib. Vəkil bildirib ki, 27 martda baş verən qarşıdurmanın xəsarətsiz bitməsi güc strukturlarının əmrini yerinə yetirməyən 19 nəfər polis əməkdaşının nümayiş etdirdiyi iradənin nəticəsidir. 

Hüquq mühafizə orqanları hadisə haqda hər-hansı rəsmi məlumat vermir. 

Xatırladaq ki, İnquşetiyada baş verən etirazlar İnquşetiya və Çeçenistan arasında baş tutmuş torpaq mübadiləsindən sonra başlayıb. İnquşetiya əhalisi prezident Yunusbek Yevkurovun onların əcdadlarına məxsus torpaqların Çeçenistana güzəştə getməsindən hiddətləniblər. 

Məqalədə : İnquşetiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3898

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2247

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 20:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru